İkinci dünya müharibəsi dövrünün hərbi iqtisadiyyatı barədə faktlar (I hissə)

posted in: Xəbər | 0

Müharibə – çox bahalı bir şeydir

BMT mütəxəssislərinin 1945-ci ildə apardıqları hesablamalara görə, dünya ölkələri ümumilikdə, XX əsrin birinci yarısında baş vermiş bütün müharibələrə təxminən 4 trilyon 700 milyard dollar məsrəf ediblər. Həmin məbləğdən 4 trilyon dolları İkinci dünya müharibəsində xərclənib.

İqtisadiyyata zərbə

Müharibə SSRİ-nin iqtisadiyyatına  ciddi zərbə vurmuşdu. Statistikanın məlumatına görə, müharibə zamanı istehsalı artıran yeganə sahə maşınqayırma (özündə hərbi sənaye sahəsini birləşdirən) olub. Əgər 1940-cı ilin səviyyəsini 100% götürsək, 1942-ci ildə maşınqayırma 119% -ə, 1944-cü ildə isə (SSRİ-də silah istehsalının zirvəsi) 158% -ə kimi yüksəlib. Lakin sənaye ümumilikdə 1942-ci ildə 77% -ə düşüb, 1945-ci ildə isə 91% -ə qədər yüksəlib. 1942-ci ilə qədər kənd təsərrüfatı istehsalı 38%-ə düşmüşdü və müharibənin son ilində yalnız 60% -ə qədər bərpa edilmişdi. Ən güclü zərbə istehlak bölməsinə dəymişdi. Pərakəndə mal dövriyyəsi 1942-ci ildə 34%-ə kimi aşağı düşmüşdü. 1945-ci ildə isə bu göstərici 43% təşkil etmişdi.

Dollar çatışmırdı

1939-cu il sentyabrın 12-də İngiltərə hökuməti Almaniyanın yanacaqla təchizatının qarşısını almaq məqsədilə bütün rumın neftini almaq barədə qərar qəbul etmişdi. Lakin Rumıniyanın neftə görə yalnız ABŞ dollarında ödəniş tələb etməsi, İngiltərə üçün qəbuledilməz oldu. Nəticədə danışıqlar dayandırıldı və rumın nefti Adolf Hitlerə qismət oldu.

Barışmaz dostlar    

Müharibədən bilavasitə əvvəlki illərdə SSRİ və Almaniya aktiv qarşılıqlı ticarət aparırdılar. İl yarım ərzində, 1939-cu ilin sonundan 1941-ci ilin may ayının sonuna kimi Almaniya SSRİ-dən 1 milyon ton neft məhsulları (95 milyon marka), 1,6 milyon ton taxıl (250 milyon marka) 111 min ton pambıq (100 milyon marka), 36 min ton jmıx (6,4 milyon marka), 10 min ton kətan (14,7 milyon marka), meşə materialları (41,3 milyon marka), 1,8 min ton nikel (8,1 milyon marka, 185 min ton manqan filizi (7,6 milyon marka), 23 min ton xrom filizi (2 milyon marka), 214 min ton fosfat (6 milyon marka) ixrac etmişdi.

Öz növbəsində SSRİ-də aktiv şəkildə alman texnikası, o cümlədən “Dornye-215”, “Messerşmit-109E”, “Messerşmit-110”, “Yunkers-88”, “Heynkel-100”, “Byukker-131” və “Byukker-133”, həmçinin kreyser “Lyutsov” kimi təyyarələr alırdı. Lakin Almaniyadan tədarüklər daim aşağı düşürdü. Buna görə də 1940-cı il sentyabrın 12-də Anastas Mikoyan alman tərəfinə xəbərdarlıq etmişdi ki, bu tədarüklərin geriləməsi səbəbindən sovet ixracı müvəqqəti dayandırılanadək azaldıla bilər ki, bu da 1940-cı ilin sonunda baş vermişdi.


II hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *