Peşəcə mühasib olan ilk dollar milyarderi (2-ci hissə)

birbank biznes

dollar milyarderiJohn Davison Rockefeller – təkcə tarixdə ilk dollar milyarderi olmayıb, həm də bütün bəşəriyyət tarixində ən varlı insan olub.

  • Rockefellerin adı o qədər pulla bağlı olmuşdu ki, onunla əlaqəli bütün zarafatlar da elə pulla bağlı idi. Hər gün səhərlər öz bürosunda Rockefeller özünə belə fərasətli görünən ənənəvi bir qeydlə işə başlayardı: “Hə, acınacaqlı olan vəziyyətimizi bir qədər yaxşılaşdırmağa cəhd edək”.
  • Rockefeller çox zəhmətsevər idi, o, işə səhər saat altıda gəlib, axşam onda da gedə bilərdi. Yalnız 60 yaşına çatdıqda, o işlərin bir hissəsini öz müavinlərinə həvalə etdi. Artıq özünə daha çox diqqət ayırmağa başladı. O, qolf oyunu və velosiped sürməklə məşğul olurdu.
  • Bütün həyatı boyu o, xeyriyyəçilik məqsədləri ilə 100 milyard dollara yaxın pul yönəldib. Tibb sahəsində tədqiqatlara xeyli miqdarda pul ayırmışdı. Və onu da demək lazımdır ki, bəşəriyyət penisillin kimi dərmanları məhz, Rockefellerin sayəsində əldə edə bilib. 1938-ci ildə Oksford universitetinin alimləri tədqiqatlar aparmaqdan ötrü Rockefeller fondundan 5 000 dollar qrant almışdılar. Alimlərin səyi nəticəsində penisillin dərmanı bu cür kəşf olunmuşdu.
Həmçinin bax: Mühasib ailənin ulduz övladı
  • Rockefeller geyimə qarşı çox biganə bir şəxs olub. Yaxınlarının yalnız çoxsaylı israrlarından sonra o, kostyumunu dəyişərmiş. Yeməkdə də çox vasvasılıq edib. İsti xörəkləri heç sevməyib, yalnız soyuduqdan sonra onlardan istifadə edib. Con Rockefellerin ən sevimli yeməyi – çörək və süd olub. Yatmazdan öncə isə o, həmişə alma yeyib.
  • Qocalığında John Rockefeller psoriaz xəstəliyinə (dəri xəstəliyi) tutulur. Bu xəstəlik ona elə əzab verir ki, o, bu xəstəliyə qarşı dərman kəşf edənə böyük miqdarda pul mükafatı verəcəyini vəd edir. Lakin, bu günə kimi həmin dərmanı kəşf edə bilən olmayıb.
  • Dünyanın müxtəlif ölkələrindən olan tarixçilər Rockefellerin bioqrafiyası ilə maraqlanıblar, lakin o, həmişə öz şəxsiyyəti və şirkətləri ilə bağlı söhbətlərdən qaçıb. Bir dəfə Nelson Rockefeller (John Rockefellerin doğma nəvəsi) babası ilə müsahibəni öz diplom işinə əlavə etmək istəyib, amma babası bundan imtina edib. Nəvəsinə məktub yazaraq, Standart Oil şirkətilə bağlı müzakirələrin açılmasında maraqlı olmadığını və Nelsonun da buna haqqı çatmadığını bildirib.
  • Ömrünün sonuna yaxın Rockefeller tam dazlaşıb, hətta kirpikləri belə tökülüb. Milyarder parik taxmağa başlayıb. Deyilənə görə onun 100-ə  yaxın pariki olubmuş.
  • Ölümündən əvvəl Rockefeller telefonda Henry Fordla lağlağı edibmiş: bir qədər əylənmək istəyən John həmsöhbətilə cənnətdə görüş təyin edib. Ford gülümsəyərək cavab verib ki, onlar orada da görüşə bilməyəcəklər. O səbəbdən Rockefellerin Fordla indi harada söhbət etdiklərini bilən yoxdur.
  • John Rockefeller 1937-ci il mayın 23-də 97 yaşında vəfat edib. O, Klivlendəki məşhur Lakeview qəbiristanlığında dəfn edilib. Qəbri üzərində hündür abidə ucaldılıb.
  • 1918-ci ildə kəşf olunmuş asteroidə  Rockefellerin adı verilib: (904) Rockfellia.
  • Yerusəlimdə Rokfelliya muzeyi var. Həmin muzeydə Rokfellerin həyatı ilə bağlı hər hansı bir eksponat yoxdur. İş ondadır ki, John bu tarixi binanın və kolleksiyalarının bərpasına vəsait ayırdığına görə, muzeyə onun adı verilib. Mahiyyətcə həmin muzey Fələstində aparılan arxeoloji qazıntılarla bağlı böyük muzeydir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email