İmtahanlardan keçənlər SOCAR’da təcrübə keçəcəklər

posted in: Xəbər | 0
birbank biznes

təcrübəSOCAR-da ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində ödənişli istehsalat təcrübəsi proqramı üzrə test imtahanları keçirilib.

İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsinin əməkdaşı Rauf Əhmədov bildirib ki, proqramda ümumilikdə 1 311 nəfər iştirak edir, onlar da 23 ixtisas üzrə imtahan verəcəklər: “Test imtahanların nəticələrinə əsasən, namizədlərlə müsahibə təşkil olunacaq. Seçilən namizədlər SOCAR-ın müəssisələrində seçdiyi ixtisas üzrə təcrübə keçəcəklər. Təcrübənin sonunda müvafiq müəssisələrin rəhbərləri uyğun namizədlərə ixtisaslara görə iş təklif edəcəklər”.

SOCAR-ın baş ofisinin insan resursları departamentinin işə qəbul və yerləşdirmə şöbəsinin rəisi Ağamməd İsgəndərov bildirib ki, təcrübə proqramının mahiyyəti namizədlərin təhsil müəssisələrində yiyələndikləri nəzəri bilikləri istehsalatda istifadə etmək, yeni texnologiyalarla tanış olmaq, SOCAR barədə biliklərini artırmaqdan ibarətdir.

Onun sözlərinə görə, təcrübə müddəti təqribən 2 ay davam edəcək. A.İsgəndərov əlavə edib ki, təcrübə proqramında 4-cü kursda oxuyan bakalavrlar, magistraturada təhsil alanlar və təhsil müəssisəni 3 il bundan öncə bitirənlər iştirak edə bilirlər.

İmtahanda iştirak edən namizədlər imtahan prosesindən razılıqlarını bildiriblər. ADNSU-nun geofizika mühəndisliyi üzrə 4-cü kurs tələbəsi Turxan Dünyamalıyev deyib ki, imtahan normal keçib və o, göstərdiyi nəticələrdən razıdır. Tələbə öz gələcəyini SOCAR-da gördüyü üçün məhz burda təcrübə keçmək istədiyini bildirib.

Digər namizəd – Azərbaycan Texnologiya İnstitunda elektronika və telekommunikasiya proqramlandırma sahəsində təhsil alan Məhbubova İlhamə deyib ki, imtahan çox rahat və şəffaf şəkildə keçib. O da yay təcrübəsini SOCAR-da keçirəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, 2018-ci ildə ödənişli istehsalat təcrübəsi proqramı üzrə mayın 16-sı elan edilmiş müsahibənin ilkin mərhələsi başa çatıb. Test imtahanları iyunun 10-dək davam etdiriləcək. Test imtahanlarda namizədlərə “ixtisas”, “məntiq”, “Azərbaycan və SOCAR-ın fəaliyyət sahəsi” və “kompüter bilikləri” blokları üzrə təqdim edilən 40 ədəd test tapşırığının cavablandırmasına 60 dəqiqə vaxt ayrılıb. Eyni zamanda, quruda ödənişli istehsalat təcrübəsi keçən gənclərə 200 manat, dəniz şəraitində istehsalat təcrübəsi keçənlərə isə 300 manat məbləğində ödəniş nəzərdə tutulub.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email