İnternet vasitəsilə alınan malların ƏDV-yə cəlb olunması

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Xarici internet saytlarından alınan mallara görə ödənilən vəsaitdən bank tərəfindən ƏDV hesablanırmı?

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində həmin Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və ya aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), Məcəllənin 11-ci fəslinin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənilməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Qeyd olunan müddəalara əsasən: Vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən xarici saytlardan elektron ticarət qaydasında malların alınmasına görə aparılan ödənişlərdən banklar tərəfindən alıcının hesabından ƏDV tutulmur.

Mənbə: vergiler.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

 

Print Friendly, PDF & Email