Intex Audit & Consulting Mühasib axtarır

birbank biznes

MühasibFirma adı – “İNTEX Audit & Consulting” MMC

Vakansiya – Mühasib

Tələblər:

– Minimum 5 il mühasiblik təcrübəsi olmalı;
– İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və hesabatlar hazırlamağı bilməli;
– 1C 7.7-8.3 mühasibat proqramında, Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalı;
– Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
– Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– Ezamiyyətlərə hazır olmalıdır.

Həmçinin bax: Mühasib üzrə vakansiya elan olunur

Vəzifələr:

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması
– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
– Ödənişləri nəzarətdə saxlamaq
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

Həmçinin bax: 500 manat məvaciblə Mühasib axtarılır

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– 6 günlük iş rejimi (I – V günlər 09:00 – 18:00, VI gün 09:00 – 13:00);
– Əmək haqqı, hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını  / email adresinə göndərə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

2 Responses

  1. Sema
    |

    Salam. Xoş görüşdük. Mən bir şeyi anlamıram. Niyə müəssisələr həmişə hazır kadr isteyirler. Bir tehsilli gənci ,işə götürüb onu yetişdirmək cəmiyyətə təqdim etmək olmazmı. Mən demirəm ki, işiniş kadr yetişdirmək olsun. Amma anlamaq lazımdır ki insanın bir missiyası olmalıdı. Peyğəmbərimiz də deyib ki. mənə bir herif öyredenin qulu olaram.

  2. Sema
    |

    Salam. Xoş görüşdük. Mən bir şeyi anlamıram. Niyə müəssisələr həmişə hazır kadr isteyirler. Bir tehsilli gənci ,işə götürüb onu yetişdirmək cəmiyyətə təqdim etmək olmazmı. Mən demirəm ki, işiniş kadr yetişdirmək olsun. Amma anlamaq lazımdır ki insanın bir missiyası olmalıdı. Peyğəmbərimiz də deyib ki. mənə bir herif öyredenin qulu olaram.Teşrkurler.