İnventarizasiya hansı hallarda məcburidir?

posted in: Xəbər | 0

İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir.

Həmçinin bax: Səyyar vergi yoxlaması zamanı inventarizasiya barədə bilmədiklərimiz

Maliyyə Nazirliyinin Q-17 nömrəli qərarı ilə təsdiq edilmiş Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydalarına əsasən  Aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılması aşağıdakı hallarda məcburidir:

  • mühasibat uçotu subyektinin aktivləri satıldıqda, alındıqda, icarəyə və istifadəyə verildikdə;
  • qanunvericilikdə nəzərdə tutulmuş qaydada mühasibat uçotu subyektləri yenidən təşkil edildikdə;
  • mühasibat uçotu subyekti ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl;
  • maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
  • oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə;
  • yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
  • mühasibat uçotu subyektinin aktivləri və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda;
  • özəlləşdirmə zamanı mühasibat uçotu subyektinin statusu dəyişildikdə tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə;
  • ümumilikdə mühasibat uçotu subyektinin mülkiyyət forması, mülkiyyətçisi, sərəncamçısı və təşkilati-hüquqi forması, habelə onun yerləşdiyi (qanuni istifadəsində olduğu) torpaq sahəsinin mülkiyyətçisi dəyişildikdə.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq aktivlərin və öhdəliklərin siyahısı mühasibat uçotu subyektinin rəhbərliyi tərəfindən müəyyən edilir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *