İnventarlaşdırma: tarix və müasirlik (V hissə)

posted in: Xəbər | 0
birbank biznes

İnventarlaşdırma mühasibat uçotu metodu kimi / V hissə

IV hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

2020-ci il dövlət büdcəsi, maaşİnventarlaşdırma müəssisənin iqtisadi gücünü müəyyən etməyə imkan verir. L. I. Gombert

İnventarlaşdırma – mühasib işinin ayrılmaz hissəsidir. Nə vaxtsa bu uçot işinin yeganə üsulu olub. Zamanla onun rolu dəyişildi, amma, o, yox ola bilmədi.

Bu vacib dövlət işləri ilə Qədim Misirdə həmkarlarımız olan mirzələr məşğul olurdu. Onların sayı çox idi. Və adamlar nahaqdan demirdilər ki, onların sayından sonra göydəki ulduzların sayı çoxluq təşkil edirdi. Lakin, həmin zamanlarda bizim peşədən olan insanlara elə də xüsusi hörmət bəslənilmirdi.

Bunlar Tomas Manın dedikləri kimi “… ləng ruhlar, yalnız qamışları ilə sifariş etdikləri hər şeyi yazmağa hazır olduqlarından güc və ünsiyyət üçün dünyaya gəldiklərini heç düşünmədilər, həmin səbəbdən onlar bunun üçün doğulmamışdılar”.

Tomas Mann Misir mühasibi üçün onun rəisi tərəfindən həyata keçirilən  “təlimatı” belə təsvir edir. O, deyir: götür “… yazı ləvazimatını – vərəq, qamış və tuşu – və insan məktubundan istifadə etməklə, bizdə olan malları onların müxtəlif növləri üzrə tərtib elə – qətranlar, məlhəmlər, bıçaqlar, qaşıqlar, qamışlar, lampalar, həmçinin ayaqqabı, fənərlər üçün yağ və rəngli şüşə.

Adlarını qara tuşla yazarsan, bütün sayı isə – qırmızı tuşla, yalnız səhvsiz və ləkəsiz…”.

Bundan sonra inventarlaşmanın metafizik xüsusiyyətləri ortaya çıxır. Rəis mühasibə etibar edir. O, inanır ki, qiymətli şeylərin siyahısı, həqiqətə uyğundur, belə ki, bu yalnız təsvir deyil, həm də faydalıdır.

Müxtəlif əşyaların vahid şəkildə qeyd olunduğu malların belə bir dəqiq və aydın siyahısını görmək çox xoşdur. Məhsul qətranlı və yağlı ola bilər. Amma tacir əlləri ilə ona toxunmur, yazılı ifadədə istifadə edir.

Şeylər oradadır, eyni zamanda həm də buradadır, özü də onlar burada təmizdirlər və görünürlər. Belə bir siyahı maddiliyi ilə birlikdə həm də mənəvi cismə bənzəyir.

Buradan əhəmiyyətli nəticələr ortaya çıxır:

  1. inventarlaşdırma siyahısı informasiya planında maddi dəyərlərin özünü, “təkrarını” əvəz edir və məhz, ondan sonra mühasibat uçotu yaranıb;
  2. “təkrarlanma” ona gətirib çıxarır ki, dəyərlər bir yerdə saxlanılır. Yəni, onlara əllə toxunulmur, onlarla iş isə (yəni, sərəncam vermə) qeydlər yolu ilə tamamilə başqa yerdə həyata keçirilir;
  3. inventarlaşdırma qeydlərinin ortaya çıxması mühasibat uçotunun doğuluşundan xəbər verirdi. Zira, müəllifin yazdığı kimi uçot “onların maddiliyi ilə birlikdə həm də mənəvi cisimliyini” ifadə edir;
  4. Nəhayət, uçot və o cümlədən inventarlaşdırma qeydləri özündə informasiya dəyərliliyi ilə yanaşı həm də estetik dəyərlilik daşıyır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email