İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə dəyişiklikAzərbaycan Milli Məclisinin 30 oktyabrda keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi qəbul olunub.

“Report”un xəbərinə görə, məcəlləyə yeni – 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilib.

Bax: İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta haqqında Qanunda kiçik dəyişiklik edilib

Maddəyə əsasən, “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *