İnzibati Xətalar Məcəlləsinin 3 maddəsində dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

İnzibati Xətalar Məcəlləsinin 3 maddəsində dəyişiklik edilib

İnzibati Xətalar“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1395-VQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

“AR İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1,

maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 586 nömrəli, 1 aprel tarixli 602 nömrəli, 15 aprel tarixli 630 nömrəli və 3 may tarixli 673 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3-cü bənddə “və 340.1-ci maddəsində” sözləri “, 340.1-ci və 393-1.3-cü maddələrində” sözləri ilə əvəz edilsin.

2. 5.30-cu bəndə “393,” rəqəmlərindən sonra “393-1.5,” rəqəmləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 5.39-1-ci bənd əlavə edilsin:

“5.39-1. həmin Məcəllənin 393-1.1-ci və 393-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 393-1.4-cü və 393-1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2019-cu il.

Mənbə: president.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email