İnzibati xətalar məcəlləsinin 38.1-ci maddəsində dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

İnzibati xətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 38.1-ci maddəsində dəyişiklik edilmişdir. Belə ki, Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə maddəsinə hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə görə sözləri əlavə eilmişdir. Yəni ki, hüquqi şəxslər dövlət qeydiyyatı zamanı yanlış məlumatlar verilməsinə görə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Dəyişikliyin tam mətnini sizə təqdim edirik:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1251-VQD nömrəli Qanunu) 38.1-ci maddəsinin ikinci cümləsinə “verilməməsinə,” sözündən sonra “hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Mənbə: president.az

Azərbaycanda gömrük auditinin aparıla bilməsi üçün qanunvericiliyə dəyişikliklər edilir

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email