İqtisadi inkişaf Azərbaycanda orta aylıq əmək haqqının daha yüksək olması üçün potensial yaradacaq

posted in: Xəbər | 0
birbank biznes

İqtisadi inkişaf Azərbaycanın iqtisadi inkişafı ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq.

Bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Tahir Mirkişili deyib.

T.Mirkişili qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında orta aylıq əməkhaqqının səviyyəsinə görə devalvasiyadan öncəki 2014-cü ildə də 558 dollar əməkhaqqı ilə 4-cü yerdə qərarlaşmışdı. Keçən 3 il ərzində MDB ölkələrində baş verən devalvasiyalar bütün MDB məkanında orta aylıq əməkhaqqının dollar ekvivalentində səviyyəsini azaltdı. Belə ki, Rusiyada orta aylıq əməkhaqqı 2014-cü ildəki 896 dollardan 670 dollara, Qazaxıstanda isə 686 dollardan 459 dollara endi. Əsas səbəb isə bu ölkələrdə baş verən devalvasiyalar nəticəsində dollarla hesablanan məbləğlərin kiçilməsi oldu.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Azərbaycan iqtisadiyyatı artıq davamlı olaraq müsbət dinamika nümayiş etdirir. Qeyri-neft sektorunun payı durmadan artır və artıq 65 faizə yaxındır. Sənaye və kənd təsərrüfatı istehsalı sürətlə artır, ixracın həcmi böyüyür, xidmət sektorunun payı artır. Ölkə Prezidentinin Sərəncamı ilə hər il əməkhaqlarının və pensiyaların artımı da ölkədə ümumi orta aylıq əməkhaqqının artırılmasına təsir etməkdədir. Ümumilikdə, Azərbaycanda iqtisadi inkişaf ölkədə orta aylıq əməkhaqqının daha da yüksək olması üçün yetərincə potensial yaradacaq”, – deyə iqtisadçı ekspert diqqətə çatdırıb.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email