İqtisadçı peşəsi – Tarixi və təsviri

İqtisadçı İqtisadçı peşəsinin tarixi

İlk iqtisadçılar çox əvvəllər meydana çıxmışlar. Yəni, əmtəə-pul münasibətlərinin meydana çıxması və inkişafı ilə eyni zamanda. Əlbəttə, o zamanlar bu başqa cür adlandırılırdı, amma, bu heç də mahiyyəti dəyişdirmir.

“İqtisadiyyat” termini ilk dəfə Qədim Yunanıstanda meydana çıxıb. İqtisadiyyatın problemləri barədə müxtəlif dövrlərdə Ksenofont, Platon və Aristotel öz düşüncələrini  yazmışlar. Bir çox alimlərdən fərqli olaraq onlar təkcə iqtisadiyyatdakı problemlərdən söz açmayıblar, həm də o problemlərin həlli yollarını axtarıblar və tapıblar da.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İqtisadi nəzəriyyə uzun müddət müxtəlif istiqamətlərdə və müxtəlif ölkələrdə inkişaf edib. Klassik iqtisadi nəzəriyyəni isə məşhur alim Adam Smit yaradıb.

İqtisadiyyatın inkişafına özünün marksist siyasi iqtisadı ilə Karl Marks da böyük töhfələr verib. Onun yaratdığı bu konsepsiya uzun müddət keçmiş SSRİ-də dominantlıq edib.

Bazar iqtisadiyyatının qlobal inkişafı mərhələsində iqtisadçı peşəsi əmək bazarında ən çox tələb olunan peşədir. Bu, öz üstünlükləri və çatışmazlıqları ilə birlikdə iqtisadiyyatın istənilən sahəsində hərtərəfli universal bir peşədir.

Nəzəriyyəçilər və praktiklər arasında çoxlu sayda Nobel mükafatçıları və Aristotel, Adam Smit, Karl Marks, Pol Kruqman və digərləri kimi çoxsaylı məşhur iqtisadçılar var.

Həmçinin bax: Maliyyəçi peşəsi – ümumi təsvir
İqtisadçı peşəsi ilə bağlı tələblər

İqtisadçılığa başlayanlardan ötrü ilkin təhsil bazası rolunu əməkdar professorlar P. Kempbell. Makkonnel və Stenli L. Bryu tərəfindən yazılmış, iqtisadçı olmaq istəyənlər üçün iqtisadi nəzəriyyələr əsasında ensiklopediya oynayır.

Uğurlu inkişaf etməkdə və bu elmə yiyələnməkdə sizə aşağıdakı qabiliyyətlər və keyfiyyətlər kömək edə bilər:

  • intellektual qabiliyyət,
  • məntiqi və riyazi yaddaş,
  • diqqətin cəmləşməsi,
  • oturaqlıq,
  • böyük həcmli informasiyalar üzərində işləmək bacarığı.

Əgər siz yuxarıda sadalanan bacarıqlara maliksinizsə, onda bu peşəni seçə bilərsiniz.

Yox, əgər bunun sizə aid bir peşə olduğuna müəyyən şübhələriniz varsa, onda peşə oriyentasiyası üzrə testdən keçin.

İştisadçı peşəsi – təsvir

Hər şey təşkilatın daha gəlirli fəaliyyət sahəsindən asılıdır: bank işi, inşaat, ticarət.

İqtisadçı İqtisadçı əsasən bu işlərlə məşğul olur:

  • təhlil,
  • təkmilləşdirmə,
  • idarəçilik,
  • kadrlarla təminat,
  • pul axınlarının proqnozları və planlaşdırılması,
  • büdcə,
  • biznes-plan,
  • müqavilələr,
  • maliyyə göstəriciləri,
  • təşkilatların maliyyə-iqtisadi fəaliyyətlərində effektivliyi yüksəltmək üçün kredit portfeli.

İqtisadçıların fəaliyyət sahəsi çox genişdir, bu həm dövlət xidməti, maliyyə strukturları, restoran və mehmanxana biznesi, müəssisələr, həm də müxtəlif mülkiyyət formalı təşkilatlar, elmi-tədqiqat institutlarıdır.

Konkret fəaliyyət növündən asılı olaraq şərti şəkildə bunları ayırmaq olar: iqtisadçı-mühasib, iqtisadçı-mühəndis və iqtisadçı-menecer.

İqtisadçı bir növ – “maliyyə həkimi” kimidir, təşkilatların bütün güclü və zəif tərəflərini görürlər və prioritetlərin və məqsədlərin düzgün qurulması, maliyyə və zərərlərlə bağlı problemlərin ləğvi ilə bağlı qərarlar qəbul edir, xərclər və gəlirlərin optimallaşdırılması və minimal məsrəflər hesabına maksimal gəlirlər əldə edilməsinə çalışırlar.

Heç bir uğurlu müəssisənin plan-iqtisad  şöbəsi mühasib, mühəndis, menecer, iqtisadçı kimi işçilərsiz keçinə bilməz. Bu peşələr çox vaxt işin əsas məqsədi – təşkilatın iqtisadiyyatını idarə etmək əsasında təşkil olunur. Vəzifənin iqtisadi komponenti məcburidir, seçimlər əməkdaşın xüsusi funksiyalarından asılıdır: iqtisadçı-mühasib, iqtisadçı-mühnədis, iqtisadçı-menecer.

Hər peşə haqqında növbəti yazılarımızda məlumat verəcəyik.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *