İqtisadiyyat Nazirliyinin yeni kollegiya üzvlərinin sayı və tərkibi təsdiq edilib

posted in: iqtisadiyyat, Xəbər | 0
birbank biznes

maliyyə dəstəyi, vergi ödəyiciləri, Maliyyə dəstəyi, müraciət, sahibkarlar, maliyyə dəstəyi, dövlət dəstəyi, Sahibkarlar,İqtisadiyyat Nazirliyi, İqtisadiyyat naziri, sahibkarlara dəstək göstəriləcək, İqdisadiyyat NazirliyiNazirlər Kabineti “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.

Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı nəfərdən ibarət idi.


“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 may tarixli 166 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 590; 2016, № 5, maddə 955; 2018, № 2, maddə 331, № 7 (II kitab), maddə 1634, № 8, maddə 1817; 2019, № 7, maddə 1339) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının İqtisadiyyat naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin birinci müavini

Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Dövlət Vergi Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi.”.

Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 18 aprel 2020-ci il

№ 143

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email