İqtisadiyyatda insan modeli

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

İqtisadiyyatda insan modeli

Kapitalist cəmiyyəti insanın bazar sisteminə adekvat olan müəyyən modelini nəzərdə tutur. İlk belə model A. Smit tərəfindən XVIII əsrdə – “iqtisadi insan” modeli təklif edilmişdi. Bu model – insanı sosial, şəxsi, etik və digər tərkib hissələrindən kənarda nəzərdən keçirən abstraksiyadır. Lakin o, bazar münasibətlərinin mahiyyətini anlamağa imkan verir. Belə bir şəxs öz mənfəətini (faydalılığı, gəlirləri) maksimuma çatdırmaq üçün çalışır, bazar qiymətləri və malların allokasiyası (paylanması, təyin edilməsi) haqqında tam məlumatlara malikdir və dərhal dəyişən bazar şəraitinə uyğunlaşır.

Bu rasional fəaliyyət göstərən fərd, ağıllı eqoist və fərdiyyətçidir. Belə bir fərd başqaları ilə rəqabət aparır ki, bu da iqtisadi tərəqqinin başlıca şərtidir. Ayrı-ayrı fərdin nöqteyi-nəzərindən rasional davranış həm də etik xarakter daşıyır. Bu, bazar sisteminin dayanıqlılığının şərtidir. Yaranmış normalar və davranış qaydaları hüquqi sistem tərəfindən təsbit edilir. Cəzanın labüdlüyü qeyri-etik davranışları əlverişsiz edir. Bunu klassik insan modeli adlandırmaq olar.

Elmin mövzusunun insan davranışı, sosial qruplar olduğunu hesab edən iqtisadiyyat elmində institusional istiqamətin nümayəndələri, güman edirlər ki, insan analıq instiktləri, maraq, valideyn instiktləri və s. ilə hərəkət edir. Belə yanaşma “iqtisadi insanın” fərdiyyətçiliyinə və eqoizminə, onun bazar davranışına zidd deyil.

C. Keyns insanın davranışının motivasiyasına, onun meylinə diqqət yetirirdi: istehlaka (səxavətlilik, uzaqgörənlik, şöhrətpərəstlik, israfçılıq və s.) və qənaətə (ehtiyatlılıq, dəqiqlik, işgüzarlıq, qürur, tamahkarlıq, uzaqgörənlik).

Müasir iqtisadçılar (S. Bekker, K. Brunner və b.) “ixtiraçı, qiymətləndirən, maksimuma çatdıran insan” modelini, yəni, eksperimentə can atan, ətraf aləmi qiymətləndirən və rasional qərarlar qəbul etməyi bacaran insanın axtarışını təklif etdilər; qeyri-müəyyənlik şəraitində və qərar qəbul etmək üçün vaxtın məhdudluğu şəraitində öz faydasını maksimuma çatdıran bir insan.

Bu modeli “iqtisadi insan” modelinin inkişafı kimi qiymətləndirmək olar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email