İşçi dəyəri ilə bağlı dünya reytinqi

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

İşçi dəyəri

Dünya ölkələrində işçi dəyəri ilə bağlı maraqlı tədqiqat aparılıb. Rusiyanın blogs.klerk.ru saytı sözügedən tədqiqatla bağlı yazı yerləşdirib. Həmin məqalənin maraqlı olacağını nəzərə alıb, onu oxucuların diqqətinə çatdırırıq.

PWC-nin 189 ölkədə işçi dəyəri ilə bağlı tədqiqat həyata keçirib. Həmin tədqiqata əsasən, Rusiya işəgötürənləri hər bir işçiyə görə dövlətə onun maaşının 47 faizini ödəyir. Ümumilikdə təşkilatlar bir əməkdaşa görə yeddi ödəniş həyata keçirirlər. Bütün sənədlərin hazırlanması və üç əsas verginin (şirkətin gəlirlərinə görə vergi, əməyə görə vergi və istehlaka görə ödənilən məcburi üzvlük haqları) ödənilməsinə Rusiya işəgötürənləri il ərzində orta hesabla 168 saat vaxt sərf edirlər.

ABŞ-dan olan işəgötürənlər isə əməkdaşın məvacibinin 43,9 faizini dövlətə ödəməli olurlar ki, bu zaman 11 ödəniş həyata keçirilir. Əsas prosedurlara 175 saat vaxt sərf edilir.

Ən sadə vergi ödənişlərinə görə BƏƏ və Qətər dövlətləri reytinqdə ilk sıralarda yerləşiblər. BƏƏ-də işəgötürən dövlətə əməkdaşın maaşının 15,9 faizini ödəyir və cəmi dörd ödəniş həyata keçirir. Əsas vergi ödənişlərinə orta hesabla 12 saat zaman gedir. Qətərdə isə vergi ödənişləri bir qədər aşağıdır – 11,3% – lakin əsas prosedurları tamamlamaq üçün 41 saat vaxt gedir. Reytinqdə üçüncü yerdə 15 faizlik vergi ödənişləri və 64 saat çəkən, üç prosedurdan ibarət ödənişlərlə və buna 64 saat vaxt sərf  edən Səudiyyə Ərəbistanı qərarlaşıb.

Rusiya reytinqdə 47-ci yeri tutub. Belarus 63-cü yerə layiq görülüb. Bu ölkədə bir işçiyə görə şirkət rəhbərliyi əməkhaqqı həcminin 51,8 faizini dövlətə ödəyir və yeddi müxtəlif ödəniş həyata keçirir. Prosedurlara 176 saat vaxt sərf edilir. Ukrayna – 107-ci yerdədir (burada bir əməkdaşa görə məvacibin 52,2 faizi dövlətə verilir, işəgötürən beş ödəniş həyata keçirir, əsas prosedurlar 350 saat vaxt aparır).

Boliviya reytinqdə sonuncu yeri tutub. Burada işəgötürən hər əməkdaşın maaşının 83,7% dövlətə ödəyir və bu zaman 42 prosedur həyata keçirilir ki, buna da 1045 saat zaman sərf edilir.

Hamıdan çox ödəmələri isə Komor Adaları İttifaqından olan şirkətlər həyata keçirir – hər bir əməkdaşa görə əməkhaqqının 216,5% həcmində. Ən yüksək ödəmələrə gəldikdə, burada birincilik Venesuelaya (inflyasiyaya görə) aiddir. Bu ölkədə işəgötürənlər hər əməkdaşa görə dövlətə 70 əməkhaqqı həcmində ödəmə həyata keçirirlər.

Təəssüflər olsun ki, yazıda Azərbaycanla bağlı rəqəmlər öz əksini tapmayıb. Amma dünya üzrə reytinqdə 40-50-ci yerlər arasında qərarlaşıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email