İşçilərin və ştatların ixtisarı zamanı müavinətin hesablanması

posted in: Müavinət, Xəbər | 0

İşçilərin və ştatların ixtisarı zamanı müavinətin hesablanması

Buta Group, vakansiya, mühasib,əmək haqqı, emek haqqi, Sosial Sığorta əmlak vergisiAzərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar xitam verilməsi mümkündür. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisə bağlandığı, işçilərin sayı və ya ştatlar ixtisar edildiyi zaman baş verir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərkən bildirib ki, işəgötürən ixtisar haqqında qərar verdikdən sonra işçilərin stajına uyğun olaraq onlara öncədən rəsmi xəbərdarlıq təqdim etməlidir. Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən işçiyə onunla bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən, müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

  • bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
  • bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
  • beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
  • on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Əmək qanunvericiliyi işçiyə xəbərdarlıq aldıqdan sonra işdənçıxma tarixini gözləməyərək işdən getmək hüququ verir. Təbii ki, bu halda da işçiyə müavinət ödəniləcək. Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, müavinətlərin məbləğləri aşağıdakı qaydada hesablanır:

Sıra İşçilərin kateqoriyaları Rəsmi xəbərdarlıq müddəti Xəbərdarlıq müddətinin əvəzinə ödənilən müavinət
1 Bir ilədək əmək stajı olan işçilər Azı iki təqvim həftə öncə orta aylıq əməkhaqqının 0,5 misli
2 Bir ildən beş ilədək əmək stajı olan işçilər Azı dörd təqvim həftə öncə orta aylıq əməkhaqqının 0,9 misli
3 Beş ildən on ilədək əmək stajı olan işçilər Azı altı təqvim həftə öncə orta aylıq əməkhaqqının 1,4 misli
4 On ildən çox əmək stajı olan işçilər Azı doqquz təqvim həftə öncə orta aylıq əməkhaqqının 2 misli

Misal. İşəgötürənlə bağlanmış əmək müqaviləsinə əsasən, ixtisar olunacaq dörd işçinin orta əməkhaqqı eyni məbləğdə – 450 manat olsa da, iş stajları fərqlənir. Qanunvericiliyin tələblərinə uyğun olaraq, işçilərə iş stajlarına görə rəsmi xəbərdarlıq verilib. Hər bir işçi xəbərdarlıq məktubu aldıqdan sonra işdən çıxmağa razılıq verdiyi üçün müavinətlərin hesablanılıb ödənilməsi aşağıdakı kimi olacaq:

  • bir ilədək əmək stajı olan işçiyə – 225 manat (450 manat x 0,5 misli);
  • bir ildən beş ilədək əmək stajı olan işçi – 405 manat (450 manat x 0,9 misli)
  • beş ildən on ilədək əmək stajı olan işçi – 630 manat (450 manat x 1,4 misli)
  • on ildən çox əmək stajı olan işçi – 900 manat (450 manat x 2 misli).

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ştatların ixtisarı, müavinətin hesablanması
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *