Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?

posted in: Xəbər | 9
birbank biznes

Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?

Cavab:

  • İşçinin 8 ilədək sosial sığorta stajı olduqda – qazancın 60%-i,
  • 8 ildən 12 ilədək sosial sığorta stajı olduqda – qazancın 80%-i,
  • 12 il və daha çox sosial sığorta stajı olduqda – qazancın 100%-i olaraq ödənilir.

 Telegram qrupumuza üzv olun

İzahlar:

Xəstəlik zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) sosial sığorta üzrə ödəmələrin bir növdür.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

9 Responses

  1. Vidadi
    |

    Salam. Hörmətli Şəhriyar müəllim. Yuxarıda qeyd edirsiniz ki, “müavinət ilk 14 təqvim günü üçün” , sonra isə yazırsınız ki, “buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır”. Necə başa düşək, əvvəl “təqvim günü” sonra isə “iş günü” yazırsınız ?
    Zəhmət olmazsa qeyd etdiklərinizlə bağlı hüquqi müstəvilərdə keçərli olan bir açıqlama yazardınız – əgər mümkünsə.
    Əlaqə vasitəsi: 050 442 15 46

  2. fuad
    |

    Xahiş edirəm cavab yazarkən istinad etdiyiniz məcəllə və maddəni qeyd edin.

  3. Leyla
    |

    Salam, mənim 6 il stajım var, mənə 60% lə ödənilir. Xəstəliyə görə aprel ayında10 gün məz. götürmüşəm. Maaşımdan düz 200 manat bülletenə görə əskik gəldi. Bu ay maaşla birgə həmin bül pulunu da köçürüblər. 200 manatın 60 % ni təxminən ödəməlidirlər, elə deyilmi?

  4. CEMİLE
    |

    277.86 MANAT OLAN ƏMƏK HAQQI 12 İLDƏN COX OLAN STAJ 13 GÜM XƏSTƏLİK VƏRƏQƏSİ OLUB NECƏ HESABLANMALIDI?

  5. Aliyeva
    |

    Salam.menim maaşım 400 manatdi.10illik is stajim var.2aydirki blutendeyem.mene bu 2ayda 130 manat pul kocub kartima.sualim odurku bu 2 heftelikmi sayilir? Bes maaşın 60%i nevagt yuklenecek?tesekkurler

  6. natiq
    |

    salam. işçi 4 gün işləyir 4 gün istirahət.yəni bu növbəylə işləyən işçidir. bu ay ərzində belə davam edir. əyər fevral ayının 1 i büllüten açdırıb 29 u bağlatdırır. xəstəlik ona neçə gün hesablanmalıdır?

  7. Nilufər Əşrəfli
    |

    Salam,

    Əgər mənim orta əmək haqqım 1250 dirsə və 2020ci ilin Mart ayının 4dən 6sına kimi bulletinə çıxmış olsam ay sonu mən xəstəlik müavinəti daxil olmaqla nə qədər maaş alacam. Çox xahiş.edirəm mənə cavab yazasınız .

  8. Elvin
    |

    Salam. Əgər 12 ay tam 277.87 qəpik maaş almisa işçi. O zaman 118.82 AZN hesablanacaq 13 gün üçün

  9. Cavid
    |

    Salam. Hər hansı bir şəxs əvvəl 3 il Hərbi qulluqçu (MAXE) kimi işləyib, sonra 2 il 2 ay işıq idarəsində işləyirsə, 14 günlük bülletenə çıxdıqda ona pul ödənilirmi. Həmçinin staj sonuncu iş yerindəmi sayılır? Neçə ildən artıq işləmiş işçiyə müavinat ödənilir?