İşçiyə əmək müqaviləsinə xitam verildiyi gün üçün əmək haqqı hesablanırmı?

posted in: Xəbər | 0

əmək haqqı Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə83.2). İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (87.3).

Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Göründüyü kimi qanunvericilik sonuncu iş günü anlayışından istifadə edir, eyni zamanda müddət axımının müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığını qeyd edir və bu səbəbdən də işçiyə sonuncu iş günü üçün əmək haqqı hesablanır və həmin gün tabel cədvəlində qeyd olunur.

Həmçinin bax: Mühasib və xəzinədar vəzifəsində çalışan işçilərin əsas əmək məzuniyyəti müddəti nə qədər olmalıdır?

Müəllif: K. Rəhimov

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *