İşçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənildikdə gəlir vergisi 2018-ci il üçün necə hesablanır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sual: İşçiyə keçmiş iş illərində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənildikdə gəlir vergisi 2018-ci il üçün necə hesablanır?

Cavab: Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə işçiyə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə ayrı-ayrılıqda, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə onun verildiyi ayın əmək haqqı ilə birlikdə qanunvericiliyə uyğun olaraq gəlir vergisinə cəlb olunur. Əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli (173 manat) vergitutulan gəlirdən çıxılır.

Bax: Əmək Məcəlləsinin 140-cı və 144.2-ci maddəsi, Vergi Məcəlləsinin 98.1-ci və 102.1.6-cı maddələri, “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli 906-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email