Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən işdən azad olunanda gəlir vergisi tutulur?

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiSual: Mən 2017-ci ildə ixtisarla əlaqədar işdən azad olunmuşam. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunan zaman həmin məcəllənin 77-ci maddəsinə uyğun ödənilən təminatlardan (Xəbərdarlıq müddəti əvəzinə 2 aylıq birdəfəlik ödəmə; 3 aylıq işdən çıxma müavinətlər) gəlir vergisi tutulmalıdır? Əgər həmin vergi tutulursa, bu hansı qanunvericilik aktına əsasən reallaşır? Qeyd etmək istəyirəm ki, AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə görə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə AR Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir. Müvafiq olaraq işçilərin sayının və ştatların ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmur.

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 77-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *