2020-ci ildə işəgötürənin işçilərə görə ödənişləri necə olacaq?

posted in: Xəbər | 0

Mühasibat uçotu, verginin hesablanmasıBu yazımızda ilk dəfə olaraq əvvəlcədən 2020-ci il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik.(işəgötürən,işçi,ödəniş)

2020-ci ildən tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əmək haqqından digər tutulmalarla yanaşı icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2020-ci ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

– məcburi dövlət sosial sığorta haqqı

– işsizlikdən sığorta haqqı

– icbari tibbi sığorta haqqı

İcbari tibbi sığorta üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslər üzrə əməyin ödənişi fondundan işçinin əmək haqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanların əmək haqqı üzrə əməyin ödənişi fondundan 8000 manatadək hissənin 1%-i, (2021-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində

Göstərilənləri nəzərə alaraq 2020-ci il üzrə işçinin əmək haqqına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı minimum aylıq əmək haqqına bərabər – 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN əmək haqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 15%-i, yəni 7.5 AZN, ümumilikdə 44+7.5=51.5 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

44+7.5+1.25+2.5=55.25 AZN

İşəgötürənin 250 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 55.25 AZN olacaq

1.2) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manata görə 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 80+0.5=80.5

44+1185+40.5+80.5=1350 AZN

İşəgötürənin 8100 AZN əmək haqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1350 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 250 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 250 AZN-in 22%-i = 55 AZN

b) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

c) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

55+6.25= 61.25 AZN

İşəgötürənin işçinin əmək haqqına görə əməyin ödənişi fondundan tutulan məbləğ 61.25 AZN olacaq

2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100.manat əmək haqqı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.

Xatırladaq ki, bu hesablama hazırda qüvvədə olan qanunvericilik və Milli Məclisdə baxışda olan “Tibbi sığorta haqqında” Qanun əsas götürülməklə həyata keçirilib.

Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!