Avropa ölkəsi dördgünlük iş həftəsinə keçid üzərində düşünür

posted in: Xəbər | 0
birbank biznes

İspaniyanın Əmək Nazirliyi ölkə ərazisində dördgünlük iş həftəsinə keçid üzərində düşünməyə başlayıb. Məmurların fikrincə, bu, avropalıların məşğulluğunu yüksəldə bilər, Bloomberg belə yazıb.

Baş nazirin müavini Pablo İqlesiasın sözlərinə görə, hökumət iş vaxtının azaldılması imkanını nəzərdən keçirir. Onun bu bəyanatı istehlak malları nəhəngi Unilever şirkətinin Yeni Zelandiyada əməkdaşlar üçün dördgünlük iş həftəsi tətbiq etməsini elan etdikdən bir neçə gün sonra səsləndirilmişdi. Belə bir tədbir əmək məhsuldarlığını artırmaq üçün lazımdır.

İspaniyada iş həftəsinin dəyişməsi ilə bağlı istənilən təklif hökumət tərəfindən həmkarlar ittifaqları və sənaye qrupları ilə sosial dialoq çərçivəsində təqdim olunacaq.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email