İşsizlikdən sığorta və Məşğulluq haqqında Qanunlarda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

əmək haqqı Sərəncamİşsizlikdən sığorta haqqında, Əlilliyi olan şəxslərin hüquqları haqqındaMəşğulluq haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 13.1-1-ci maddə əlavə edilsin:

“13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386) aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“Maddə 32-1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 3. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669) 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.16-cı maddə əlavə edilsin:

“8.0.16. məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email