İstehsal itkilərinin uçotu

posted in: Uncategorized | 0

İstehsal əməliyyatından keçmiş, lakin öz keyfiy­yə­tinə görə müəyyən olun­muş standartlara, texniki gös­tə­ri­ci­lər və ya sifarişçi ilə bağlanmış müqavilə şərtlərinə uy­ğun olmayan məhsul və yarımfabrikatlar zay məhsul he­sab olunur.

Zay məhsul istehsalı zamanı qeyri-məhsuldar xərclər artır və bunun nəticəsində keyfiyyətli məhsulların həcmi azalmaqla, onun maya də­yə­ri yüksəlir olur. Buna görə də müəssisələrdə idarəetmə təc­rübəsində zay məhsul istehsalının qarşısını almaq mü­hüm vəzifə kimi qarşıda qoyulur.

Zay məhsul istehsalının qarşısını almaq üçün mü­hüm tələb zay məhsul buraxılışının əmələ gəlməsi sə­bəb­lə­rinin qarşısının alınması və onda təqsiri olan şəxslərin müəyyən olunması və lazımi tədbirlər gö­rül­mə­sidir. Belə nəzarətin və uçotun təşkili bir sıra hal­lar­da zayın yaranmasının xarakteri və onun müəyyən olun­duğu yerdən asılıdır.

Zayın xarakterindən asılı olaraq məhsulun texniki baxışı və qəbulu dövrünə görə düzəldilən və düzəl­dil­mə­yən zay məhsullara bölünür.

Düzəldilən zay məhsullara o məhsullar daxildir ki, məhsul və yarımfabrikatda buraxılan nöqsanlar düzəl­dildik­dən sonra öz təyinatına görə istifadə olunur, onların düzəldilməsi texniki cəhətdən mümkündür və iqtisadi cəhətdən sərfəlidir.

Düzəldilməyən zay məhsullar, yarımfabrikatlar o məh­sullar adlanır ki, onların düzəldilməsi texniki cəhət­dən imkan olmaması ilə yanaşı, itisadi cəhətdən mümkün deyil, iqtisadi cəhətdən isə qeyri-sərfəlidir.

Müəyyən olunma yerinə gö­rə zay daxili zaya və alıcı tərəfindən müəyyən olunan kənar zaya bölünür. Daxili zay istehsal müəssisəsi da­xi­lin­də məhsulun alıcıya yüklənməsinə qədər olan vaxtda mü­əy­yən olunmalıdır. Kənar zay mal alıcıya yükləndikdən son­ra alıcı tərəfindən olunmuş zaydır.

İstehsalçı tərəfindən düzəldilməsi mümkün olma­yan zay məhsul üçün texniki nəzarət tşöbəsi mütə­xəs­si­s­ə­lə­rinin iştirakı ilə akt tərtib olunur və həmin aktda bü­tün nöqsanlar əks olunur. Tərtib olunmuş aktda bura­xı­lmış ziyanın xarakteristikası, onun səbəbləri, miqdarı, bu­nunla əlaqədar təqsirkar şəxs, zayın maya dəyəri, itki məbləği və zay kimi qəbul olunmuş məhsul və ya ya­rım­fab­rikatların qəbul olunmasına dair qeydiyyat aparı­l­ma­lıdır.

Akt müəssisənin texniki nəzarət şöbəsinin iş­çi­lə­ri,sex rəisi və onun baş us­tası tərəfindən tərtib olun­maq­la mühasibatlığa təqdim olunur. Mühasi­bat­lıq­da müəy­yən olunmuş zay məhsulun maya dəyəri kalkulyasiya olu­nur. Tərtib olunmuş akt müəssisə rəhbəri tərəfindən təs­diq olunur. Bu əməliyyatdan sonra müəssisə rəhbəri müəyyən olunmuş zərərin təqsirkar şəxslər tərəfindən ödən­mə­si və ya müəssisənin istehsal məsrəfləri hesabına silinməsi haqqında qərar qəbul edir.

Müəyyən olunmuş və sənədləşdirilmiş zay məhsul və yarımfabrikatlar üz­rə mühasibat uçotunda ya­zılışlar aparılır. Bu məqsədlə mühasibat uçotunun he­sablar Planında kalkulyasiya təyinatlı, aktiv hesab sayılan 28 saylı «İs­teh­salatda zay» hesabı müəyyən olunmuşdur. Müəyyən olunmuş zay məhsulların dəyərinə uyğun belə yazılış edilir:

D-t 28 «İstehsalatda zay»

K-t 20 «Əsas istehsalat»

28 «İstehsalatda zay»  hesabının debetində daxildə və kənarda aşkar edil­miş zay üzrə (düzəldilməsi mümkün olmayan, yəni tamamilə zay məhsulun də­yə­ri, onun istehsalı üzrə xərclər və s.) həmçinin norma həcmini aşan zəmanətli təmirə çəkilən məsrəflər cəm­lənir.

28 «İstehsalatda zay» hesabının kreditində zay məhsuldan olan itki məb­lə­ğinin azaldılmasına aid edilən məbləğlər, yəni mümkün istifadə qiymətləri üzrə zay edilmiş məhsulun dəyəri, zay üçün günahkar şəxslərdən tutulası məb­ləğlər, malsatanlar tərəfindən göndərilən və istifadəsi nəticəsində zaya verilmiş keyfiyyətsiz mate­ri­al­lar yaxud yarımfabrikatlara görə onlardan tutulası məb­ləğ­lər və həmçinin zaydan itki kimi istehsal üzrə məs­rəf­lərə silinən məbləğlər əks etdirilir.

28 «İstehsalatda zay» hesabının debeti dövriyyəsi ilə kre­dit dövriyyəsi ara­sındakı fərq zaydan əmələ gələn itkini gös­tərir, hesabat ayının sonunda kalkulyasiya mad­dələri üzrə istehsal olunmuş məhsulların maya dəyərinə əlavə olunur və hesab bağlanır. Beləliklə, zaydan əmələ gə­lən ümumi itki məbləği müəyyənləşdirilir və aşağıdakı yazılış aparılır:

D-t 20 «Əsas istehsalat»

23 «Köməkçi istehsalat»

K-t 28 «İstehsalatda zay».

Zaydan əmələ gələn itki məbləğləri o məhsullara aid edilir ki, həmin məh­sul­larda zay müəyyən olun­muş­dur. Zay məhsullar üzrə itkilər bitməmiş isteh­salatın tər­ki­bində saxlanıla bilməz.

Kənar zay nəticəsində əmələ gələn itki məbləğləri üz­rə aidiyyatı müəs­si­sə­lərə iddia verilir və onun ödənilməsi tələb olunur. İddia təmin olunmadıqda zay­la əlaqədar materiallar baxılmaq üçün iqtisadi məhkəməyə (Arbitraj) mü­ra­ciət olunur. Zaydan əmələ gələn itki məb­ləğləri ilə əlaqədar iddia ödəyici və ya iqtisadi məh­kəmə tərəfindən müsbət təminatla qərarlanırsa aşağıdakı yazılış aparılır:

D-t 63 «İddialar üzrə hesablaşmalar»

K-t 26 «Ümumtəsərrüfat xərcləri».

İstehsalatda zay hesabı üzrə analitik uçot müəs­si­sə­nin ayrı-ayrı sexləri, məh­sulların növləri, xərc madd­ə­lə­ri, zayın günahkarları və səbəbləri üzrə aparılır.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *