İstehsalın uçotu

birbank biznes

Bir böyük sənaye müəssisəsi, bir qayda olaraq, əldə edilmiş materialların hazır məhsullara çevrilməsi zəncirindən keçən başlıca istehsalın bir neçə sexinə malik olur.

Məsələn, maşınqayırma zavodunun əsas istehsalat sexlərinin tipik bir zənciri özündə tədarük sexlərini ehtiva edir – tökmə, dəmirçi, mexaniki və yığım sexləri. Əsas istehsalın sexləri arasında maddi dəyərlərin hərəkətinin uçotu üçün, – hansı ki, bu zaman tədarükçülərdən satın alınmış materiallar ardıcıl olaraq yarımfabrikatlara, sonra isə hazır məhsullara çevrilirlər, – müəssisənin hesablarla bağlı iş planında “Əsas vəsaitlər” hesabına alt-hesablar daxil edilir. Bundan əlavə, maddi dəyərlərin yerdəyişməsi və hazır məhsula çevrilməsinin uçotu üçün “Yarımfabrikatların şəxsi istehsalı” hesabından da istifadə etmək olar. Bu hesabdan o zaman istifadə etmək əlverişli olur ki, müxtəlif emal mərhələləri aralığında maddi dəyərlər aralıq anbarlara – yarımfabrikat anbarına yığılır. Belə bir anbarda saxlanılan və növbəti emal mərhələsini gözləyən dəyərlər “Yarımfabrikatların şəxsi istehsalı” hesabında göstərilə bilər.

Materialları hazır məhsullara çevirməklə birbaşa məşğul olan əsas istehsalat sexlərindən başqa, iri zavodlarda köməkçi sexlər, yardımçıikinci dərəcəli sexlər də olur.

Yardımçı sexlərin vəzifəsi əsas istehsalat sexlərinin, xüsusilə də alətlərin və istehsal avadanlığının istehsalının fasiləsiz işləməsini təmin etməkdir. Yardımçı sexlərə alətlər, təmir və enerji sexləri aiddir.

İkinci dərəcəli sexlər köməkçi materialların əldə olunması və emalı ilə məşğul olur. Belə yardımçı təsərrüfatlara hazır məhsulların qablaşdırılması üçün qablama materialları hazırlayan sexləri göstərmək olar.

Belə sexlərdə həmçinin istehsal zamanı yaranan tullantılardan məhsullar hazırlanır, ya da istifadə olunmuş köməkçi materiallar bərpa edilir.

Yardımçı, köməkçi və əlavə sexlərin əsas istehsal sexlərinə və digər istehlakçılara verdiyi məhsul və xidmətlərin dəyərini nəzərə almaq üçün “Köməkçi istehsal” hesabı şirkətin hesablarının iş planına daxil edilməli və ona lazımi sayda alt hesablar əlavə olunmalıdır.

Böyük bir sənaye müəssisəsi öz tərkibində istehsala və təsərrüfata xidmət göstərən bölmələr də ola bilər ki, onlar müəssisəmin hazır məhsullarının buraxılışı ilə əlaqəli olmurlar. Onlara yeməkxanalar, mənzil-kommunal və sanatoriya sağlamlıq təsərrüfatları aiddir. Bu xidmət sahələri də məhsul buraxır və müəssisənin digər bölmələrinə xidmət göstərir, eləcə də müsssisənin kəanr istifadəçiləri ilə əlaqələr qururlar. Bu məhsul və xidmətlərin dəyərinin uçotu üçün müəssisənin hesablarla bağlı iş planına “İstehsal və təsərrüfata xidmət göstərən” hesab daxil edilir.

Sənaye müəssisəsində əsas istehsal zənciri, bir qayda olaraq, təchizatçıdan materialların alınması ilə başlanır. Ancaq, hər hansı bir sənaye müəssisəsi faydalı qazıntıların hasilatı ilə məşğul olursa, məsələn, bu şaxta da ola bilər, onun əsas materialı müftə təbii sərvətlər – yerin təki ola bilər. Şaxta tərəfindən hasil edilən təbii sərvətlər isə artıq onun hazır məhsulu sayılır ki, şaxta onları pulla satır. Buna müvafiq olaraq, şaxta tərəfindən hasil edilən təbii sərvətlər müəssisənin mühasibatlığı tərəfindən “Hazır məhsullar” hesabında uçota alınacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email