İstifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi verilməsi

posted in: Xəbər | 0
birbank biznes

İstifadə edilməmiş məzuniyyətlər

İşəgötürənlə əmək münasibətlərində olan işçilər AR Əmək Məcəlləsi ilə tənzimlənən  məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Müqaviləyə xitam verildikdə  istifadə məzuniyyət hüququndan istifadə qaydası, habelə istifadə olunmamış məzuniyyət kompensasiyanin  hesablanması  Məcəllənin iyirimi üçüncü fəslinin maddələrinə uyğun həyata keçirilir. Həmin maddəyə görə müqaviləsi ləğv olunmuş işçiyə, onun istəyinə uyğun olaraq istifade edilmemis mezuniyyet gunleri üçün:

  • məzuniyyətin verilməsi təmin edilir  (ƏM 70-ci maddənin a və ç bəndlərinə əsasən müqavilənin ləğvi istisna olmaqla), yaxud;
  • pul əvəzi – istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilir.

İşçinin işdən azad olunduğu tarix həmin məzuniyyətin son günü hesab edilir. Bəzi hallarda  müqaviləsi ləğv edilən işçi əvvəlki illərdə istifade edilmemis mezuniyyet gunleri əvəzinə pul əvəzi istəyə bilər. İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzi- kompensasiyanın verilməsi qaydası AR ƏM-nin 140-cı maddəsi ilə tənzimlənir. İstifadə olunmamış məzuniyyətin hesablanması əmək məzuniyyətinin hesablanması ilə eynidir. 

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya

Müqavilənin hansı səbəbdən ləğv olunmasından asılı olmayaraq işçiyə müvafiq iş ilində  istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilməlidir. Belə pul əvəzinin verilməsi əsas əmək məzuniyyətinə aiddir. Qanunvericiliyə uyğun olaraq  əlavə məzuniyyətlərə, təhsil, yaradıcılıq, həmçinin sosial məzuniyyətlərə görə kompensasiyalar ödənilmir. Cari iş ilini tam işləyərək başa vuran işçilərə istifade edilmemis mezuniyyet gunleri üçün orta əmək haqqı tam həcmdə hesablanaraq verilməlidir.

Təhsil müəssisələrinin müəllim heyətinin təhsil ili başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verildikdə, onlara 56 günlük məzuniyyətin pul əvəzi ödənilməlidir.

Həmçinin, əvəzçiliklə işləyən işçilər də, əsas işçilər kimi, istifade edilmemis mezuniyyet gunleri üçün məzuniyyət kompensasiyanin hesablanması aparılır.

Ola bilər ki, işçi müvafiq iş ilində əvvəlcədən məzuniyyətə buraxılmış olsun və onun müqaviləsinə iş ili başa çatmamış  xitam verilsin. Bu halda verilmiş məzuniyyət haqqının müəyyən hissəsi işçidən geri alına bilər. Əgər işəgötürən işçi ilə aparılan son haqq hesab  zamanı məzuniyyət pulunu işçidən tuta bilmirsə, gələcəkdə həmin vəsaitin məhkəmə vasitəsi ilə tutulması mümkün deyildir. Məhkəmələrdə qaldırılan belə iddialar təmin edilməməlidir.  Müqavilə və sazişlərdə bəzi kateqoriyadan olan işçilərdən məzuniyyət pulunun müvafiq hissəsinin tutulmaması şərti müəyyən edilə bilər.

İstifadə edilməmiş məzuniyyətin hesablanması

ƏM-nin 131-ci maddəsinə uyğun olaraq işçinin məzuniyyətdən istifadə hüququ əmək müqaviləsinin bağlandığı müddətdən  altı ay  sonra yaranır. Lakin, işçi 6 aydan az müddətdə işləyərək işdən ayrılıbsa, yenə də ona  məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Kompensasiyanın hesablanma qaydası  əmək məzuniyyətinin hesablanması  ilə eynidir (ƏM 111-ci maddə).

Nümunə 1: İşçiyə son 12 ayda verilən əmək haqqı 5000 AZN təşkil edir. istifade edilmemis mezuniyyet gunleri isə iyirmi gündən ibarətdir. məzuniyyət kompensasiyanin hesablanması qaydası aşağıdakı kimidir:

((( əvvəlki 12 ayda gəlir) / 12 ay)/ 30,4)* məzuniyyət günlərinin sayı

(((5000 / 12) / 30,4)*20 gün = 274,1 manat

Əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödəmələrin (gəlir vergisi, məcburi dövlət sosial ayırması,  icbati tibbi sığorta) tutulması təmin edilməlidir.

Əgər işçi 12  aydan az işləyərək işdən çıxarsa, məzuniyyətin pul əvəzinin ödənilməsi üçün   onun faktik işlədiyi tam təqvim ayları əsas götürülür.

Nümunə 2: 2020-ci il 01 yanvar tarixində işə başlayan işçinin əmək haqqı 300 AZN hesablanıb. Dörd ay sonra işçi işdən ayrılmışdır. Bu işçiyə məzuniyyət kompensasiyanin hesablanması aşağıdakı qaydada olacaqdır:

(1200 / 4) / 30,4) = 9,87

30 gün / 12 = 2,5 (1 aya düşən məzuniyyət günü);

2,5 x 4 = 10 gün;

9,87 x 10 = 98,78. 

İşçiyə 98,70 manat kompensasiya (məzuniyyətə görə pul əvəzi) hesablanmış olur. Həmin məbləğdən də vergi tutulmalıdır. 

İşçilərə təyin edilən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya qanunvericiliyə uyğun olaraq əmsallaşdırılıb ödənilməlidir.


Print Friendly, PDF & Email