Sual: İşçiyə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablayarkən gəlir vergisi hesablanan zaman ölkə üzrə yaşayış minimumu nəzərə alınmalıdırmı?
Həmçinin bax: Məzuniyyət dövrü bir neçə ayı əhatə edərsə hesablama hansı ayda aparılır?
Cavab: Bildiririk ki, işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır.
Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.
Mənbə: taxes.gov.az
Həmçinin bax: Mәzuniyyәtlәrin növbәlilik cәdvәllәrindən kənarlaşmalara hansı hallarda yol verilə bilər?
4 Responses
Arzu Məmmədov
Salam. Mən 2015-ci il sentyabr 15-dən iyun ayı da daxil kursda (əlavə iş yeri) müəllim işləmişəm. Əmək haqqı hər ay 396 man olub. İkinci ili isə bu aralıqda hər ay 549 man əmək haqqı almışam. Adıma olan sənədləşmələr qanuni aparılmayıbsa, və mən üçüncü ili işə buraxılmıramsa və indiyə kimi 28.02.19 tarixli məhkəmənin ədalətli son qərarı üçün, maddi təzminatı əsaslandırmaq üçün hansı hesablaşmanı təqdim edim. Xahiş edirəm ki, qanuni izahıyla bu haqq-hesabı mənə təqdim edin. Çox xahiş edirəm.
Aqşin
Salam. Mən 02 may 1996-cı il tarixdən 2003-cüi ilin oktyabr ayınadək ƏƏSMN-nin Gəncə şöbəsində işləmişəm. 1996-2001-ci illərdə məzuniyyətə çıxmamışam. 2002-ci ildə nazirlikdə olan struktur dəyişikliyi ilə əlaqdar olaraq mənə son haqq-hesab verilib və başqa işə keçirilmişəm və bu son haqq-hesaba istifadə etmədiyim məzuniyyətin ödənişləri daxil edilməyib. Sonra öz ərizəmlə başqa işə keçmişəm. Sualım ondan ibarətdir ki, 1996-2001-ci illərdə istifadə etmədiym məzuniyyətin ödənişini indi ala bilərəmmi?
Mahir
Salam. Yuxarıda yazırsınız ki, “Əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli çıxılmır”. Bu məsələni bir az detallı izah edə bilərsinizmi? Bunu Vergi Məcəlləsinin konkret olaraq hansı cümləsinə istinad edərək deyirsiniz? Axı Əmək Məcəlləsinin tələblərinə görə əvvəlki illərin istifadə olunmamış məzuniyyətinə görə kompensasiya hesablanarkən əmsallaşdırma aparılmalıdır. Yəni əmək haqqında kütləvi artım olubsa, artım əmsalı kompensasiyanın cəmi məbləğinə tətbiq edilməlidir. Elə olanda, artıq cari ildəki vergitutma və güzəşt qaydalarını tətbiq etmək daha məntiqli deyilmi?
Mahir
Sualımın cavabını özüm tapdım) Deməli işçi əvvəlki illərdə məzuniyyətə çıxmayıbsa, deməli işdə olub və həmin dövrdə ona Məcəllənin 102.1.6-cı bəndində nəzərdə tutulan güzəşt edilib və indi kompensasiya tutulmasını da həmin dövrün gəlirinə aid edib təkrar güzəşt etmək düzgün deyil.