Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

kameral vergi hesabat bəyannamə ödənilməli vergilərXidmətin adı: Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi

Tələb olunanlar:  “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin  10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),

Naxçıvan MR VN-nin yerli vergi orqanlarının, vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ- nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları

İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 2 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Elektron sənəd mübadiləsi üçün istifadəçi kodu, parol və şifrənin ləğv edilməsi haqqında bildiriş
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email