İsveçrə ilə bağlı bilmədiyimiz maraqlı faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

vergi sistemiİsveçrə ilə bağlı bilmədiyimiz maraqlı faktlar (1-ci hissə)

  • İlk ağla gələn – bu, İsveçrənin qısaldılmış adıdır – CH, çünki İsveçrənin latınca adı – Confoederatio Helvetica-dır, bu hansısa tarixi səbəblərlə əlaqəlidir.
  • İsveçrə vahid dövlət başçısı tərəfindən idarə olunmur, bunun yerinə yeddi üzvdən ibarət Federal şura mövcuddur, hansı ki, İsveçrə dövlətinin kollektiv rəhbəri sayılır. Konfederasiyanın prezidenti bir il müddətinə seçilir və köməkçilər arasında ən əsası sayılır.
  • İsveçrədə yalnız varlı adamlar yaşayır fikri, səhvdir. Statistikaya görə rifah səviyyəsinə görə varlılar və kasıblar arasında əhəmiyyətli fərq var. Əhalinin 20% varlı hissəsi iyirmi faiz az gəlirli təbəqədən 4 dəfə çox qazanır.
  • İsveçrə əhalisinin 25 faizini əcnəbilər təşkil edir. Bu dünyada ən yüksək göstəricilərdən biridir.
  • İsveçrə çox yüksək səviyyədə müdafiə olunan bir ölkədir. Hücum halında ölkənin müdafiə strategiyalarından biri bütün başlıca yolların, körpülərin və dəmiryollarının partlayıcı vasitələrlə partladılmasını nəzərdə tutur. Ölkədə istənilən zərbəyə qarşı müdafiə olunmaq üçün ən azından 3 min yer hazırlanıb.
  • Dövlət daxilində istehlak edilən enerjinin yarısı 556 hidroelektrik stansiyasında (ildə təxminən 19 milyon giqavatt-saat) stansiyalarında istehsal olunur. Hidroelektrik stansiyaları – ölkədə ən mühüm bərpa olunan enerji mənbəyidir. Və əgər ölkənin ölçüsünü nəzərə alsaq, İsveçrədə hidroelektrik stansiyalarının sayı olduqca çoxdur.
  • İsveçrədə 1,5 mindən çox göl var ki, onların da ən böyüyü Cenevrə gölüdür. Bəzi məlumatlara görə onun dibində 40 dan çox batmış gəmi var.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email