İsveçrə vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

İsveçrəİsveçrədə mürəkkəb vergi sistemi mövcuddur: vergilər dərhal üç səviyyədə təyin edilir – federal, kanton (İsveçrə ərazi cəhətdən kantonlara bölünüb) vergisiyerli bələdiyyə vergiləri.

Bundan əlavə İsveçrədə çoxsaylı zəruri ödəniş növləri var. Gəlir, kapital artımı, əmlaka görə və ƏDV kimi “ənənəvi” vergilərlə yanaşı, tütün, pivə və digər məhsullara olan bir sıra ekzotik vergilər də mövcuddur. Ümumi olaraq həmin vergilər əldə edilən gəlirlərin təxminən 20%-ni təşkil edir.

İsveçrənin rezidentləri bütün dünya boyunca gələn gəlirlərindən vergi ödəyirlər. Bununla yanaşı, İsveçrənin vergi rezidentləri olaraq İsveçrədə yaşayan və “uzun müddət burada qalmaq niyyətində olanlar” və ya “vergi rezidenti” meyarına uyğun gələnlər tanınır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi rezidentinin meyarları:

a) fasiləsiz olaraq İsveçrə ərazisində 30 gün ərzində və daha çox qalanlar – İsveçrədə işləyənlər və ya kommersiya fəaliyyəti göstərən şəxslər;

b) ölkə ərazisində 90 gün və ya daha çox qalanlar – bu ölkədə işləməyənlər və kommersiya fəaliyyəti ilə məşğul olmayan şəxslər.

Daşınmaz əmlak alışı

İsveçrədə daşınmaz əmlak alınarkən, mülkiyyət hüququ əldə etmək üçün (Le droit de mutation) kanton vergisi ödəmək lazım gəlir, hansı ki, bu verginin həcmi kantonların qanunvericiliyindən asılı olaraq əmlakın dəyərinin 0%-dən 3,3%-dək  təşkil edə bilər. Məsələn, Arqau, Tsuq və Sürixdə belə bir ödəniş nəzərdə tutulmayıb. Lütsern kantonunda bu ödəniş əmlakın dəyərinin 1,5%, Bern və Valedə 1,8%, Cenevrə və Bazeldə isə 3% təşkil edir. Əgər sövdələşmə tərəfləri olaraq ər-arvad və ya onların valideynləri və uşaqları, nəvələri və digər yaxın qohumları çıxış edirsə, adətən bu vergi tutulmur.

İsveçrədə daşınmaz əmlak alınarkən, həmçinin notarial xərclər də ödənilir ki, bu da əmlakın dəyərinin 0,5% təşkil edir. Eyni zamanda, mülkiyytəçi hüquqü ilə bağlı reyestrdə edilən dəyişikliyə görə də 0,5% ödəniş olunur.

Həmçinin bax: Dünya ölkələrində əmlak vergisi

Daşınmaz əmlak sahibi kimi İsveçrə kantonunda daşınmaz əmlak obyektinin kadastr qiymətindən asılı olaraq, 0,05%-dən (Turqauda) 0,3%-dək (Fribur, Tiçino) illik vergi (İʼimpot foncier) ödənilir. Bəzi kantonlarda, məs, Sürix, Tsuq, Zoloturne və Şvitsdə sözügedən vergi, ümumiyyətlə, tutulmur.

Mənzilin icarəyə verilməsi zamanı mütləq şəkildə gəlir vergisi (Iʼimpot sur le revenu) ödənilir. Gəlir vergisi federal, kantonal və bələdiyyə səviyyələrində tutulur. Federal vergi stavkası proqressiv şkala üzrə təyin olunur və 1%-dən 11%-dək civarında tərəddüd edir. Kantonların vergi stavkaları isə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bələdiyyə vergi daxilolmaları çox vaxt kanton qanunvericiliyi ilə tənzimlənir və bələdiyyələr vergi stavkalarını kantonların qanunvericiliyinə uyğun olaraq sərbəst şəkildə özləri təyin edirlər.

Gəlirdən toplanan fedaral, kontonal və bələdiyyə vergiləri bir-biri ilə uyğun gəlir. Müvafiq kanton ərazisində olan daşınmaz əmlakın istismarından əldə edilən bütün gəlirdən vergi tutulur. Məsələn, Tsuq kantonunda rezidentlər üçün maksimal vergi stavkası 22,9%, Tiçina kantonunda 40,9%, Sürixdə 40%, berndə 41,4%, Cenevrədə isə 45% təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi sistemi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email