Maliyyə hesabatlılığı şöbəsinin rəhbəri – AccessBank

  • Anywhere

Vakansiya: Maliyyə hesabatlılığı şöbəsinin rəhbəri

İşəgötürən: AccessBank


Öhdəliklər:
Aşağıdakıların təmin olunması üzrə maliyyə hesabatlılığı şöbəsinin işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək:

– Məlumatların vaxtlı-vaxtında toplanması;
– Ali rəhbərlik, xarici tərəfdaşlar, tənzimləyicilər və s. üçün aylıq hesabatların tərtib edilməsi;
– Əlavə məlumatların / hesabatların təqdim olunması üçün digər departamentlərlə əməkdaşlıq;
– Əllə icra olunan proseslərin sürətləndirilməsi və hesabat prosesinin avtomatlaşdırılma səviyyəsinin artırılması imkanlarının müəyyən edilməsi.
– Hesabat departamentinin fəaliyyətini tənzimləyən daxili prosedurlarını tətbiq etmək və mütəmadi qaydada yeniləmək;
– Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (BMHS) tələblərinə uyğun şəkildə mühasibat uçotu siyasəti ilə əlaqədar sənədləri tərtib və tətbiq etmək və qoruyub saxlamaq;
– Maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar kənar auditorlarla əlaqə saxlamaq, audit prosesini bankdaxili strategiyalarla və qərarlarla tənzimləmək; auditin nəticələri ilə əlaqədar illik maliyyə hesabatlarının hazırlanmasında fəal iştirak etmək;
– BMHS-na müvafiq surətdə hesabatların hazırlanması üzrə aralıq daxili prosesləri tənzimləmək və illik auditə hazırlığı düzgün təşkil etmək.

Tələblər:

– Mühasibatlıq / maliyyə ixtisası üzrə magistr dərəcəsi
– Mühasibatlıq / maliyyə hesabatları sahəsində ən azı 2 illik iş tərcübəsi. Auditor şirkətləri ilə əməkdaşlığın mövcudluğuna üstünlük verilir;
– BMHS prinsiplərini, mühasibat uçotu və hesabatlılıq üzrə tənzimləyici tələbləri peşəkar səviyyədə bilmək və onları şərh etməyi, Bankın mütəmadi maliyyə hesabatlarına tətbiq etməyi bacarmaq;
– Microsoft Excel və digər MS Office proqramları ilə peşəkar səviyyədə işləmək bacarığı;
– İngilis dilini peşəkar səviyyədə bilmək;
– Mükəmməl analitik bacarıq, təfsilatlara qarşı yüksək diqqətcillik;
– Komandada işləmək, iş prosesində heyət üzvlərini təkmilləşdirməyə çalışmaq;
– Mükəmməl ünsiyyət vərdişləri;
– Nizam-intizam qaydalarına və vaxt çərçivəsinə riayət etmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az / info@finstaff.az elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

To apply for this job email your details to admin@muhasibat.az