Vakansiya: Kadrlar üzrə mütəxəssis – BSC Consulting Outsourcing Company

Vakansiya: Kadrlar üzrə mütəxəssis tələb olunur.

İşəgötürən: BSC Consulting Outsourcing Company.

Əmək haqqı: 500 - 700 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 25 - 35 yaş
Telefon: 
Təhsil: Ali
Email: hr@bsc-group.az /info@finstaff.az

 

Vakansiya barədə məlumat

– E-gov portalında əməliyyatları icra etmək;
– Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
– Şirkətlərin kadr işləri üzrə sənədləşmə prosesslərini idarə etmək;
– İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
– Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məzuniyyət cədvəllərini tərtib etmək və işçilərə məzuniyyətlərin verilməsini, onların uçotunun aparılmasını, ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
– Əmək kitabçalarında qeydlərin aparılması
– Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
– Kadr sənədləşməsi ilə bağlı əməliyyatların 1C proqramına işlənilməsi.

Biz Sizə nə təklif edirik:

– Peşəkar, mehriban komandada iş;
– Etibarlı şirkətdə karyera;
– Professional və maddi yüksəliş üçün perspektiv;
– İş qrafiki: 9.00-18.00;

Namizədə tələblər

– Ali təhsil;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
– 1C proqramı üzrə biliklər;
– MS Office kompüter proqramlarından istifadə etmək bacarığı;
– E-gov Elektron Hökumət Portalında işləmə bacarıqları;
– Stresədavamlı, tələbkar, məsuliyyətli,ixtisasını daim təkmilləşdirməli;
– Problemləri təhlil və həll etmə bacarığı.

Maraqlanan şəxslər xahiş olunur CV-lərini hr@bsc-group.az /info@finstaff.az ünvanına göndərsinlər.
Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

To apply for this job email your details to admin@muhasibat.az