Vakansiya: Mühasib – Perfumery and Cosmetics store

Vakansiya: Mühasib. 

İşəgötürən: Perfumery and Cosmetics store.

Əmək haqqı: 800 - 1100 AZN
İş yeri: Bakı
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Yaş: 25 - 45 yaş
Telefon: -
Təhsil: Ali
Email: hr.shopsaz@gmail.com / info@finstaff.az

 

İş barədə məlumat

Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi;

Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;

BTP proqramında işləməklə vergi bəyannamələrinin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak edilməsi;

DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;

Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;

Bank, kassa, əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi;

E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların həyata keçirilməsi;

Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;

Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması;

Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılması;

Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi.

Əmək haqqı: 800-1100 AZN (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən edilir)

Əmək Məcəlləsinə uyğun işə qəbul

İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək.

Namizədə tələblər

Təhsil: Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu), magistr təhsili arzuolunandır;

Yaş həddi: 25-45;

Dil biliyi: Azərbaycan, Rus dilləri (əla səviyyədə) və İngilis dili arzuolunandır;

Mühasibatlıq və pərakəndə satış sahəsi üzrə minimum 1-3 il iş təcrübəsi (istehsal, ticarət);

MS Office (xüsusilə Excell), 1C (8.2 və 8.3), e-gov, e-taxes və digər portallardan istifadə etmək.

Nəzəri və praktiki biliklər:

Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;

Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını;

Uçot və hesabatı;

Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;

İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;

Vergi və əmək qanunvericiliyinin əsasları.

Komanda ilə işləmə bacarığı;

Biznes etikası və biznes görünüşə sahib olmalıdır;

Təmkinlilik, etibarlılıq, özünə inam;

Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı; bacarıqlı;

Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;

Ezamiyyətlərə açıq olmalıdır.

Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır. CV göndərərkən mövzu qismində mühasib başlığının yazılması mütləqdir!

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr.shopsaz@gmail.com / info@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: finstaff.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vakansiya, mühasib

To apply for this job email your details to admin@muhasibat.az