Şirkətlərdə kadr uçotunun aparılması xidməti

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

“Kadr uçotu” anlayışını müəyyən etməzdən əvvəl, qeyd edək ki, o, “kadr kargüzarlığı”, “kadr sənədləşməsinin aparılması”, “kadr xidmətləri” kimi digər analoji məfhumlara oxşardır, demək olar ki, bütün bunlar elə eyni şeydir.

Bütün çoxsaylı təfsirlər içərisində biz “kadr uçotu” anlayışına üstünlük veririk, çünki, o, insan resursları üzrə mütəxəssisin əmək fəaliyyətinin mahiyyətini daha dəqiq əks etdirir.

Kadr uçotu nədir?

Kadr uçotu:

  • əməkdaşların işə qəbulunu və işdən çıxarılmasını;
  • işçi və işəgötürən arasında əmək münasibətlərini;
  • işçilərin əməyinin təşkilini;
  • əmək müqavilələri və digər aktlar üzrə halları sənədləşdirməklə bağlı bir təşkilatın və ya fərdi sahibkarın hərəkətinin qeydiyyatıdır.

Kadr uçotu ilkin insan resursları üzrə sənədlər və əmək haqqında daxili qaydalar əsasında aparılır.

Kadr uçotunun aparılması

Kadr uçotu aparılması bir neçə üsulla təşkil oluna bilər. Onlardan aşağıdakılar ən geniş yayılıb:

  • insan resursları üzrə xidmət yaratmaq yaxud insan resursları üzrə mütəxəssis ştatı yaradaraq işləri əmək müqaviləsi əsasında ona (onlara) həvalə etmək;
  • bu sahə üzrə işləri mülki-hüquqi müqavilə əsasında kadrlar üzrə kənar mütəxəssisə həvalə etmək;
  • sənədləşməni sənədlərlə yaxşı işləməyi bacaran mühasibə yaxud katibəyə etibar etmək;
  • kadr uçotunun aparılması xidmətini kadrlar kargüzarlığı üzrə ixtisaslaşmış autsorsinq şirkətlərinə həvalə etmək.

Autsorsinq çərçivəsində fəaliyyət göstərən AccountingAz konsaltinq şirkəti əmək hüququ sahəsində ixtisaslaşmış, praktiki təcrübəyə malik mütəxəssisləri öz ətrafında birləşdirib. Bizi tapmaq çətin deyil!

1-ci variant: insan resursları xidmətinin yaradılması və ya insan resursları üzrə mütəxəssisin tutulması

Müsbət tərəfləri. Öz mütəxəssislərinizdir, işlərinizi öz prinsiplərinizə uyğun təşkil edə bilərsiniz. Siz həmin şəxsi öz ofisinizdə görürsünüz və özünüz də onun işi ilə bağlı tələblər irəli sürə bilərsiniz.

Mənfi tərəfləri. Əgər, siz özünüz bu sahə üzrə ixtisaslı deyilsinizsə, kadrlar üzrə işə götürdüyünüz adamın peşəkarlığını yoxlamaq mürəkkəb bir vəziyyət yaradacaq – yalnız həmin şəxsin sözlərinə və əmək kitabçasına inanmalı olacaqsınız. İşə götürdüyünüz adamların idarə olunmasını həyata keçirmək, onların işinə nəzarət etmək üçün zaman sərf etməli olacaqsınız. İcarə, vergilər, proqramlar, onların təhsili və s. baha başa gələcək. Bəs kadrlar üzrə məsul şəxs məzuniyyətə çıxdıqda nə edəcəksiniz, misal üçün, hansısa əməkdaşı işdən çıxarmaq lazım gələrsə?

2-ci variant: işlərin kənar mütəxəssisə verilməsi

Müsbət tərəfləri. Tanışlar məsləhət biliblər, hansı ki, kadrlar üzrə mütəxəssisi artıq yoxlamadan keçiriblər, deməli, insan təxminən peşəkar olmalıdır. Rahat iş şərtləri ilə razılaşmaq olar.

Mənfi tərəfləri. Həmin mütəxəssis sizin qarşınızda öz səhvlərinə heç bir məsuliyyət daşımır, tanışların vədləri heç də həmişə özünü doğrultmur, məsləhətlər isə heç də həmişə rahatlıq gətirmir.

3-cü variant: kadrlar uçotunun aparılmasını mühasibə və ya katibəyə etibar etmək

Müsbət tərəfləri. Bu cür mütəxəssislərə nəzarət edə bilirsiniz, mütəxəssis seçiminə vaxt ayırmağa gərək qalmır, eləcə də kadr uçotunun aparılması üçün xərclər də az çıxır.

Mənfi tərəfləri. Əməkdaşların üzərinə əlavə öhdəliklər iş yükünü artırır, bu isə öz növbəsində kadrlar üzrə bir çox sənədlərin olmamasına, uçotda səhvlərə və digər boşluqlara gətirib çıxara bilər. Mühasiblər bir qayda olaraq, qanunvericiliyin vergi uçotu və əməkhaqqı hesablanmaları ilə bağlı hissəsindən baş çıxarırlar, bu iş isə onsuz da xeyli vaxt tələb edir. Katibəyə gəldikdə, o nə qədər səliqəli olsa belə, əmək qanunvericiliyi sahəsində peşəkar biliklərə malik olmur, deməli, onun işinə görə məsuliyyət riski də çox yüksək olacaq.

4-cü variant: Kadrlar uçotu üzrə işlərin aparılmasını autsorsinq şirkətlərinə həvalə etmək

Müsbət tərəfləri. Bütün təşkilati və kadrlar üzrə mütəxəssislərin idarə olunması işləri, onların seçimi və təhsili, texniki cəhətdən təchizatını autsorsinq şirkəti öz üzərinə götürür. Məsrəflər minimallaşdırılır, şirkət müqavilə üzrə məsuliyyət daşıyır, insan resursları üzrə daimi, fasiləsiz və peşəkar yardım göstərilir.

Mənfi tərəfləri. Uyğun şirkətlə bağlı seçim etmək və ofisinizdən kənar çalışan mütəxəssislərlə qarşılıqlı münasibətlər qurmaqla bağlı çətinliklər ola bilər. Autsorsinq şirkəti ilə razılaşdırılmış və qurulmuş iş sisteminə riayət etmək zərurəti yaranır.

Kadr uçotunun autsorsinqdə aparılmasının  nəticələri

Variantlarla  tanış oldunuz, seçim sizindir. Biz isə konsaltinq şirkətləri tərəfindən təklif edilən autsorsinq əsaslı kadr uçotunun aparılması xidmətinin nəticələrinə qısaca nəzər salaq:

  • AR Əmək Məcəlləsinə, digər qanunvericiliyik aktlarına müvafiq uçotun aparılması;
  • əmək müqaviləsi üzrə əməliyyatların vaxtında qeydiyyatı (işəgötürən tərəfindən məlumatla vaxtında təqdim edildikdə);
  • işəgötürəni işçilər, Əmək Müfəttişliyi, digər dövlət orqanları tərəfindən irəli sürülən mümkün iddialardan qorumaq.

Əgər kadr uçotunun aparılması xidməti ilə bağlı sualınız varsa “Accounting.Az” konsaltinq şirkəti ilə əlaqə saxlayın. Şirkətin əməkdaşları sizə hərtərəfli kömək edər.


Print Friendly, PDF & Email