Kalkulyatorla edəcəyimiz heyrətləndirici fokuslar (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Sən demə, kalkulyatorla da müxtəlif oyunlar oynamaq və fokuslar göstərmək olurmuş. Bu silsilədən olan daha bir fokusu sizə təqdim edirik.

“Sehirli rəqəm”

Bu oyunu yerinə yetirməkdən ötrü sizə kalkulyator, qələm və kağız lazım gələcək.

  1. Könüllüdən sizə söyləmədən hər hansı bir rəqəm seçməyi təklif edin, məsələn, könüllü “2” rəqəmini seçib. Həmin rəqəmi sizə göstərmədən kağız üzərində yazmağı xahiş edin.
  2. Sonra könüllüdən həmin rəqəmi 9-a vurmağı və nəticəni, yəni, 2×9=18, yadında saxlamağı xahiş edin.
  3. Sonra kalkulyatorda 12345679 nömrəsini yazın (görürsünüz, burada 8 rəqəmi yoxdur).
  4. Həmin göstərici əks olunan kalkulyatoru könüllüyə təqdim edin. Auditoriya söyləyin ki, süzin şüurunuz könüllünün beyninin buraxdığı dalğaları tutmaq qabiliyyətinə malikdir və siz onun ürəyində tutduğu ilk rəqəmi tapa bilərsiniz. Ən təəccüblüsü isə siz həmin rəqəmi kalkulyatorda əks olunmağa məcbur edəcəksiniz.
  5. Könüllüdən göstərilən rəqəmi nəticə ilə birlikdə olan rəqəmə, yəni 12345679×18 vursun. Kalkulyatorda 222222222 sayı görünəcək. Könüllü eyni rəqəmlərdən ibarət sayın görünməsinə heyrətlənəcək. Auditoriyaya bildirin ki, siz öz ekstrasensor qabiliyyətinizi sayın sehirli şəkildə peyda olmasına məcbur edəcəksiniz. Bu necə olacaq? 12345679 nömrəsini götürək və 12345679×9-a vuraq, 1111111111 rəqəmi alınacaq. Daha sonra bunu istənilən yeganə rəqəmə vursanız, doqquz rəqəmli say alınacaq. Bu nümunədə olduğu kimi: 12345679×9=111111111. Könüllüdən 2×9=18 sayını yerinə yetirməyi xahiş edin və bu zaman siz bunu necə etdiyinizi izah etməklə bağlı onun xahişini yerinə yetirməkdən bir növ yayınırsınız və onun da diqqətini yayındırsınız.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email