fbpx

Kapital Bank 2019-cu ilin nəticələrini elan edib

posted in: bank, Xəbər | 0
birbank biznes

kapital bankKapital Bank-ın aktivləri 1 yanvar 2020-ci il tarixinə 4,2 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2020-ci il tarixinə 3,2 milyard manat olub.

Bankın 1 yanvar 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 398 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun 
kapital bank
Print Friendly, PDF & Email
error: Content is protected !!