Karantin dövründə icarə necə dayandırılmalıdır? (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Karantin dövründə icarə necə dayandırılmalıdır? / 4-cü hissə

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.

Əgər şirkət öz fəaliyyətini müvəqqəti dayandırmışsa, məsafədən iş rejiminə keçmişdirsə və ya karantin tədbirləri nəticəsində maliyyə çətinlikləri yaşayırsa, binanın icarəsi üçün ödənişlərlə nə etməli?

“Norma” şirkətinin hüquq məsələləri üzrə  ekspertləri  Eleonora Mazurova və Albert Safin problemin mümkün həlli variantlarını izah ediblər.

İcarə müqaviləsinin ləğvi

Ən əlverişsiz şəraitdə, əgər sizin probleminiz fors-major altına düşmürsə, icarəyə verən yalnız icarə ödənişlərini dayandırmaqdan imtina etmirsə, eyni zamanda sahənin subicarəyə təhvil verilməsinə də razılıq vermirsə, yalnız bir çıxış yolu qalır – icarə müqaviləsini ləğv etmək.

Lakin, bunu uğurlu çıxış yolu adlandırmaq çətindir. Çünki standart icarə müqavilələrində əksər hallarda vaxtından əvvəl ləğvetmə hüququ icarədara verilir. İcarəyə götürən isə müqavilənin ləğvi təşəbbüsü ilə çıxış etdikdə, cərimə sanksiyalarına məruz qalır. İkinci bir tərəfdən, sizin qarşı tərəfi vaxtında xəbərdar etmək imkanınız da yoxdur.

Bu yola baş vurmazdan əvvəl, müqavilənin vaxtından əvvəl ləğv edilməsi şərtlərini diqqətlə öyrənin. Əgər icarəyə verənin hər hansı bir təqsirli hərəkətləri olmadan müqavilə sizin təşəbbüsünüzlə vaxtından əvvəl ləğv edilərsə, icarə haqqının müqavilənin qüvvədə olma müddəti bitənədək tam həcmdə ödənilməsi və ya digər cərimə sanksiyasının nəzərdə tutulduğu imkanı istisna olunmur.

Belə halda müqaviləni ləğv etmək heç bir məna kəsb etmir. İcarəyə götürdüyünüz yerdə qalın və qoy icarəyə verən borcunu sizdən məhkəmə yolu ilə alsın. O, iddia ərizəsini hazırlayana, dövlət rüsumunu ödəyənə kimi (ümumiyyətlə ödəyə bilirsə), məhkəmə baxılmaq üçün iddianı qəbul edənə və məhkəmə prosesi başa çatana qədər karantin sona çatacaq. Sizin işləriniz bərpa olunacaq və yenidən ödəniş etmək qabiliyyətində olacaqsınız. Məhkəmə araşdırılması zamanı isə həmişə cərimə sanksiyalarını aşağı salmaq və ya ümumiyyətlə, onu ləğv etdirmək də mümkün ola bilir. Çünki hakimlər də insandırlar və respublikada yaranan vəziyyətdən xəbərdardırlar.

Yekunlaşdıraq…      

Təklif olunan üsullardan hansını seçəcəyiniz yalnız sizdən və sizin öz öz tərəfdaşlarınızla nə qədər möhkəm işgüzar əlaqə qurmağınızdan asılı olacaq. Biz isə öz növbəmizdə xatırlatmaq istəyirik ki, pandemiya – bu, müvəqqəti haldır. Halbuki biznes-partnyorlarla möhkəm işgüzar münasibətlər illər ərzində formalaşır.

Sizin biznes aləmində qüsursuz nüfuzunuz şirkətinizin uzunmüddətli perspektivdə normal fəaliyyətini təmin edə biləcək.

İcarə müqaviləsinə əlavə razılaşma nümunələri:

Əlavə razılaşma: 

  • təxirə salınma.
  • qiymətdə endirim.
  • ləğvetmə.

3-cü hissəni oxumaq üçün keçidə daxil olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Print Friendly, PDF & Email