Sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

posted in: Xəbər | 0
birbank biznes

icazələrin aktivləşdirilməsi, fəaliyyət növləri, icaze.e-gov.az, Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi, vergi, onlayn görüş, İqtisadiyyat nazirinin müavini, İşçi sayına məhdudiyyət, Sahibkarlıq, Nizamnamə kapitalı, İşçi sayına məhdudiyyət, monitorinqlər, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, sahibkarlıq subyekti, Maliyyə dəstəyi, Dövlət Vergi Xidməti, Sədərək, binə, İqtisadiyyat Nazirliyi, monitorinq, Sahibkarlıq, İqtisadiyyat Nazirliyi, rəhbər kadrlar,İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyə qədər monitorinq keçirilmiş 16 133 sahibkarlıq subyektinin 6 778-də və yaxud 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

İyulun 4-dən başlayaraq isə nəzarət tədbirləri daha da gücləndirilib. Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakıda  monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub.

“Sahibkarlıq subyektləri xüsusi karantin qaydaları-na, habelə zəruri sosial davranış və tam riayət etməlidir”, – nazirlik bəyan edib.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email