Qazaxıstanda kasıb insanlar 10 dəfə az vergi ödəyəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergiQazaxıstan Prezidenti Nursultan Nazarbayev parlamentin hər iki palatasının birgə iclasında əməkhaqqısı aşağı olan vətəndaşlardan tutulan verginin məbləğini on dəfə azaltmağı təklif edib.

Dövlət başçısı nisbətən az əməkhaqqı alan qazaxıstanlılara yardım məqsədilə 2019-cu il yanvar ayının 1-dən həmin şəxslərin vergi yükünün on dəfə azaldılmasını və onlardan 1 faiz həcmində vergi tutulması təklifini irəli sürüb.

Onun sözlərinə görə, bu addımın atılması ölkənin iki milyon sakininin yaşayışına müsbət təsir göstərəcək: “Muzdlu işçilərin üçdə birindən çoxunun – bu, iki milyondan artıq insan deməkdir – əməkhaqqı işəgötürənlərə əlavə vergi yükü düşmədən artacaq”.

N.Nazarbayev onu da bildirib ki, gələcəkdə Qazaxıstanda fiziki şəxslərin gəlir vergisinin proqressiv şkalası qəbul edilə bilər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email