» » » Kassa əməliyyatlarının uçotu

Kassa əməliyyatlarının uçotu

posted in: Uncategorized | 0

Kassa əməliyyatları — nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusudur.


Bütün müəssisələrdə nəğd pulun saxlan­ma­sı və həmin pul vəsaiti ilə hesablaşmalar aparmaq üçün kassa yaradılır. Azərbaycan Respublikasında kassa əməliyyatlarının aparılması Milli Bankın 6 aprel 1993-cü il tarixli «Xalq təsərrüfatında kassa əmə­liy­­yatlarının aparılması qaydaları» na dair təlimatla tən­zim­lənir. Kassalarda nəğd pul qalığı limitləri və mədaxildən istifadə normaları həmin müəssisələrin rəhbərləri ilə ra­zı­laş­dırılmaqla bank idarələri tərəfindən müəyyən olu­nur. Lazım gəldikdə həmin limitlər nəzərdən keçirilib də­yiş­di­ri­lə bilər. Müəssisə və təşkilatlar üçün kassa limitinin məb­ləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox olmamalıdır. Nəğd pul vəsaiti təyinatı üz­rə xərclənmədikdə və kassa limitinə riayət edilmədikdə mü­əssisəyə qarşı bank tərəfindən cərimə sanksiyaları tət­biq edilə bilər.


Pul vəsaitinin və sənədlərinin qəbul olunması, sax­lan­ması və təyinatı üzrə buraxılması üçün müəssisədə lazımi avadanlıqlarla təmin olunmuş bina olmalıdır.


«Xalq təsərrüfatında kassa əməliyyatları aparılması qay­daları»na əlavə olun­muş tövsiyyədə göstərilir ki, nəğd pul və­sa­i­ti­nin və digər qiymətlilərin eti­barlı şəkildə saxlanılmasını təmin et­mək üçün kassa digər xidmət binalarından və yardımçı binalardan təcrid olunmalı, pulları və digər qiymətliləri saxlamaq üçün mütləq seyf (metal şkaf) olmalı və o, döşəmənin və divarın tikiliş kon­struksiyalarına polad mıxlarla möh­kəm bağlanmalıdır. Kassa binasına kənar şəxslərin daxil olması qadağandır. Pul vəsaitləri və qiymətli kağızlar seyf­də saxlanmalıdır.


Kassa əməliyyatlarını icra etmək üçün pul və qiymətli ka­ğızların saxlanmasına maddi məsuliyyət daşıyan kas­sir təyin olunur. Müəssisə rəhbəri kassiri işə qəbul etmək ba­rədə əmr verdikdən sonra onu kassa əməliyyatları aparmaq qaydaları ilə tanış edib imza etdirməlidir. Bun­dan sonra onu tam fərdi maddi məsuliyyət daşıdı­ğı­na dair onunla müqavilə bağlanır.

Kassir işçilərin maddi məsuliyyəti haq­qında qüvvədə olan qanunvericiliyə uyğun olaraq qə­bul etdiyi bütün qiymətlilərin toxunulmaz saxlanması üçün, qəsdən etdiyi hərəkətlər nəticəsində, öz və­zifəsinə laqeyd yanaşmaq nəticəsində müəssisəyə vurduğu hər hansı zərər üçün tam maddi məsuliyyət daşıyır.


Kassaya pul vəsaiti pul çek vasitəsilə mü­əs­si­sə­nin bankda olan hesablaşma hesabından və digər mənbələrdən daxildir.


Bankdan pul almaq üçün çek kitabçası müəssisəyə ərizəsi əsa­sında bank­dan verilir. Alınmış çek kitabçası bir qay­da olaraq müəssisənin baş müha­si­bində saxlanılır. Bank­dan pul alınması üçün çek kitabçasının bir səhifəsi dol­du­­rulur, alınacaq pulun məbləği və onun təyinatı gös­tə­ril­məklə müəssisə rəh­bəri, baş mühasib tərəfindən im­za­la­nır və möhürlə təsdiqlənir. Bank çekində heç bir dü­zə­li­şə licazə verilmir.


Müəssisə kassasına bir sıra başqa mənbəələrdən də, yəni məhsul satı­şın­dan işçi heyətnin müəssisəyə olan bor­c­unun ödənilməsindən, təhtəlhesab şəxs­lərdən və sai­rə­dən də nəğd pul daxil ola bilər.


Kassaya pul vəsaitinin daxil olması kassa mədaxil or­derinin tərtib olun­ması və müəssisə rəhbəri, baş mühasib və kassirin imzası ilə rəsmiyyətə salınır. Müəssisənin kassasından pul vəsaitinin sərf olunması kassa məxaric orderi və ya müəyyən olunmuş tə­ləblərə uyğun formada tərtib olunmuş hesablaşma-ödəmə cədvəli əsasında həyata keçirilir. Kassa məxaric orderi müəssisə rəhbəri və baş mühasibi tərəfindən imza olunur. Kassa mə­xa­ric orderinə pul vəsaitini alan şəxs imza edir.


İşçi heyətinə əmək haqqının, mükafatın, müvəqqəti əmək qabiliyyə­ti­nin itirilməsinə görə ödənilən müa­vi­nət­lə­rin, pensiyanın və sairənin ödənilməsi üçün tərtib edi­lən ödəniş cədvəlləri əsasında pul bu vəsaitlərinin kas­sadan ödə­nil­mə­si üçün 3 gün vaxt verilir. Həmin müddətdə ödənil­mə­yən (alın­mayan) məbləğin qarışısında «deponentləş­d­i­ril­miş­dir» sözü yazılır və vaxtında alınma­yan məbləğ ye­ni­dən müəssisənin kassasından hesablaşma hesabına qaytarılır.


Kassa sənədləri hesabata əlavə edilməzdən əvvəl pul vəsaitinin mədaxil və məxaric üzrə məbləğ kassa kitabında qey­diyyatdan keçirilməlidir. Kitabda yazılışlar elə formada aparılmalıdır ki, pul vəsaitinin təyinatı üzrə sərf edilməsinə, ümumiyyətlə isə həmin sənədlərin icrasına nəzarət oluna bilsin.


Hər bir müəssisədə yalnız bir kassa kitabı ancaq bir ədəd ol­ma­lıdır. Kassa kitabından istifadə olunmağa başlanan ki­mi onun səhifələri nömrələnməli, şunurlanmalı və sur­ğuc­la, yaxud elastik möhürlə möhürlənməlidir. Kitab­da­kı səhifələrin sayı müəssisə rəhbəri və baş mühasib tə­rə­fin­dən təsdiq edilməlidir.


Kassa kitabında və kassa əməliyyatlarının uçotu­nun aparıl­ma­sı sənədlə­rin­də heç bir düzəlişə icazə ve­ril­mir. Təshihat (korrektura) qaydasında hər han­sı düzəliş apa­rı­l­arsa, onlar müəssisənin baş mühasibi və kassiri tərə­fin­dən təsdiq olunmalıdır.

Kassa kitabında yazılışlar qara kağız va­si­tə­silə iki surətdən ibarət kassir tərəfindən yerinə ye­ti­ril­mə­lidir. Onun ikinci surəti kəsilən surətdir.


Kassir günün axırında gün ərzində baş vermiş əmə­liy­yatlar üzrə məbləğ­lərin yekununu hesablamalı və son­ra­kı günə qalıq çıxarmalıdır.


Mühasibatlığa təqdim olunmuş kassa hesabatında əks olunmuş əməliy­yat­ların düzəldilməsi ilkin sənədlərə əsasən yoxlanılır və bundan sonra əmə­liyyatlara müvafiq mühasibat yazılışları tərtib edilir.


Kassada pul vəsaitinin qalığı və hərəkətini müha­si­bat uçotunu aparmaq üçün hesablar planında 50 saylı«Kassa» hesabı müəyyən olunmuşdur. Hesab ak­tiv­dir onun debitində müəssisənin kassasında olan ovə kassaya daxil olan pul vəsaitinin, kreditində isə pul vəsaitinin verilməsi əks etdirilir. 50 «Kassa» hesabının ilk qalığı ay­ın əvvəlinə, son qalığı isə ayın sonuna kassadakı nağd pu­l qalığını göstərir.


50 «Kassa» hesabının debeti 46 «Məhsul (iş, xid­mət) satışı» hesabı; 51 «He­­sablaşma hesabı»; 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar» hesabı; 76 «Müx­təlif debitorlar və kre­di­tor­larla hesablaşmalar» hesabının və digər hesab­ların krediti ilə müxa­bir­ləşir.

50 «Kassa» hesabının krediti isə pul vəsaitinin bu­raxılması ilə əlaqədar olaraq 51 «Hesablaşma hesabı»; 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesab­laş­ma­lar» hesabı; 71 «Təhtəlhesab şəxslərlə hesab­laş­ma­lar» hesabı və digər hesabların de­be­ti ilə müxabirləşir.


Mövcud qaydalara görə hər ayın sonunda müəs­si­sə­nin kassasında olan pul vəsaitinin qalığının reallığının yoxlanılması üçün müəssisə rəhbərliyinin göstərişi ilə kassada inventarlaşma aparıllır.


Kassada aparılan inventarlaşma nəticəsində əskik­gəl­mə aşkar edildikdə həmin məbləğ kassirdən tutulur və əməliyyat 84 «Sərvətlərin əskik gəl­mə­si və xa­rabolmasından itkilər» hesabının debeti, 50 «Kassa» hesabının krediti ya­zı­lışı ilə rəsmiyyətə salınır. Eyni za­manda 73 «Sair əməliyyatlar üzrə işçi heyyəti ilə he­sab­laşmalar» və ya 70 «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesablarının debitinə və 84 «Sərvətlərin əskikgəlməsi və xarab olmasından itgilər» he­­sabının kreditinə yazılış aparılır.


İnventarlaşma nəticəsində artıqgəlmə müəyyən olun­duqda 50 «Kassa» hesabının debeti və 80 «Mənfəət və zərər» hesabının kreditinə yazılış edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *