Kassa intizamına riayət olunmasına nəzarət

posted in: Xəbər | 0
birbank biznes

Rübdə bir dəfədən az olmayaraq, büdcə təşkilatlarının kassasında olan bütün pulların və başqa qiymətlilərin qəfləti yoxlaması aparılır. Kassanın yoxlanılması büdcə təşkilatlarının rəhbərləri və ya mühasibat xidmətlərinin rəhbərləri tərəfindən yaradılan və il ərzində daimi fəaliyyət göstərən komissiya tərəfindən aparılır.


Əgər təşkilatda (müəssisədə) bir neçə kassa varsa onlar eyni vaxtda yoxlanılmalıdır.


Kassa yoxlamasını həyata keçirən komissiya kassanı yoxlamazdan əvvəl kassirdən (onu əvəz edən şəxsdən) son kassa hesabatını (mədaxil və məxaric sənədləri ilə birlikdə) və yazılı iltizam almalıdır.


Kassanın faktiki pul qalığı kassirin kitab qalığı (kassa hesabatı) və mühasibat uçotunun kassa hesabı ilə üzləşdirilir.


Aktda həmçinin kassada qalan faktiki pul qalığının (başqa qiymətlilərin) yoxlamanın sonunda kassirin öhdəsində qalması barədə qeyd aparılır.


Komissiya tərəfindən pul vəsaitlərindən əskikgəlmələr üzrə məbləğlər aşkar edildikdə onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə həmin məbləğlər bu şəxslərin hesabına ödənilir. Pul vəsaitlərindən artıqgəlmələr isə aşkar edildikdə həmin məbləğlər təşkilatın gəlirinə aid edilir.


Yoxlama zamanı nağd pulun və qiymətlilərin mühafizəsinin təminatı məsələsinə xüsusi diqqət yetirilməlidir.


Kassa məxaric orderində, yaxud onu əvəz edən başqa sənəddə pul alanın imzası ilə təsdiq olunmadan kassadan pul verilməsi kassada nağd pulun çatışmazlığı sayılır və həmin məbləğ kassirdən tutulur.


Kassa intizamına riayət olunmamasına nəzarət zamanı kassada kassa mədaxil orderi ilə əsaslandırılmayan nağd pul aşkar olunarsa bununla bağlı müvafiq məsul şəxsin izahatı alınır və həmin məbləğ dərhal kassa mədaxil orderi əsasında kassaya mədaxil olunur.


Büdcə təşkilatlarında kassa əməliyyatları aparılması qaydalarının icrası müvafiq maliyyə orqanları tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılır.


Bu qaydaların tələblərinin pozulmasına görə büdcə təşkilatının və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və kassiri qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

Print Friendly, PDF & Email