Hansı halda kassa mədaxil orderi xərc sənədi kimi tanına bilər?

posted in: Xəbər | 0

kassa mədaxil orderi

Hansı halda kassa mədaxil orderi xərc sənədi kimi tanına bilər?


Sual: Bizim müəssisə daşınmaz əmlakı icarəyə verməklə məşğul olur. Bütün kommunal sayğaclar ümumi binaya birləşib. İcarə verdiyimiz binanın hissə-hissə mağazalarından ibarətdir. Müqaviləyə əsasən kommunal xərcləri icarə götürənlər özü ödəyir. Xərclər bizim müəssisənin adına gəldiyindən, daxili sayğaclara əsasən mağazalardan kommunal xərclər yığılır.

Bunlara əsaslanaraq əvəzinə təsdiq olmaq üçün müəssisə ciddi kassa mədaxil orderi təqdim etmələri düzgündürmü? Mağazalar bu mədaxil kassa orderlərini xərclər kimi istifadə edə bilər?
Cavab: Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsinin əsaslarını və həyata keçirilməsi qaydasını, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik müəyyənləşdirir. Mülki hüquq subyektləri arasında yaranmış mülki münasibətlər çərçivəsində tərəflərin vergi öhdəliklərinin müəyyən olunması vergi qanunvericiliyinə və onun tələblərinə əsaslanır.
Sorğunuzdan göründüyü kimi, müqavilənin şərtlərinə əsasən əmlakın icarəyə verilməsi ilə yanaşı müvafiq kommunal təchizatının təmin olunmasını icarəyə verən müəssisə üzərinə götürmüş, icarəyə götürən şəxslər isə öz istehlak etdikləri kommunal xidmətlərinin dəyərini icarəyə verən şəxsə ödəyirlər. Belə olan halda icarəyə götürən şəxslər tərəfindən icarəyə verən şəxsə ödənilən kommunal xidmətlərin haqqı icarə haqqının tərkib hissəsi kimi icarəyə verənin gəlirinə aid edilməli, kommunal xidmətləri göstərən şəxslərə ödənilən məbləğlər isə xərclərinə aid edilməlidir. İcarəyə götürən şəxsin icarəyə verən şəxsə etdiyi ödənişi vahid və ya bir neçə mədaxil qəbzi ilə rəsmiləşdirilə bilər. Bu zaman İcarəyə götürənin xərcləri icarə ilə bağlı icarəyə verənə ödənilmiş məbləğ təşkil edəcəkdir.
Bax: Vergi Məcəlləsinin 104.1-ci maddəsi, Mülki Məcəllənin 2.2-ci, 6-cı və 390-cı maddələri.

 

Mənbə: taxes.gov.az

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *