ƏDV-nin kassa metodu əsasında hesablanması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

bank, ƏDV, EDV, kassa metodu,Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. (kassa metodu, EDV)

Vergilər Nazirliyinin şərhinə əsasən, ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə əlavə dəyər vergisinin hesablanması həmin malların (işlərin, xidmətlərin) əlavə dəyər vergisiz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Misal: “A” MMC 10.01.2020-ci il tarixdə, əlavə dəyər vergisi də daxil olmaqla, dəyəri 11.800 manat olan məişət mallarını “B” MMC-yə satıb və müvafiq olaraq elektron qaimə-faktura təqdim edib. “B” MMC alınmış malların dəyərini mart ayında “A” MMC-nin hesabına ödəyib.

Bu halda ƏDV tutulan əməliyyatın vaxtı – ödəmənin aparıldığı vaxt, yəni mart ayı hesab olunur.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV, kassa metodu, EDV, 
Print Friendly, PDF & Email