birbank biznes

KPMG-nin mütəxəssisi Tim Gillisin bildirdiyinə görə, dünya üzrə ƏDV-nin tətbiqi  genişlənib, artıq 150-dən artıq ölkədə bu vergi tutulur. Onun fikrincə, bu ölkələrin əksəriyyətində ƏDV-nin dərəcəsi optimaldır – 15-20%.  Dünya üzrə orta ƏDV dərəcəsi 15,79% səviyyəsindədir. Avropa ölkələrində bu dərəcənin yüksək olduğu müşahidə olunur – 20%. Bu da ümumi dünya göstəricisindən təqribən 5% çoxdur. Təkcə İsveçrədə bu göstərici 8%-dir ki, bu da ABŞ-da dövlət və yerli pərakəndə satış vergisi qədər yüksəkdir. Onu da qeyd etmək lazımdır ki, Avropada korporativ gəlir vergisi aşağıdır. Təxmini göstərici 18,7%-dir ki, bu da ümumdünya üzrə olan göstəricidən aşağıdır (Dünya üzrə – 22,8%).

ƏDV heç də bütün dünyada yüksək səviyyədə deyil. Dünyanın digər qitələrində olan göstərici, ümumi Avropa göstəricisindən aşağıdır.

  • Avropa qitəsi: 20%
  • Afrika qitəsi: 15%
  • Amerika qitəsi: 13%
  • Asiya qitəsi: 12,3%
  • Okeaniya: 13%

Kanada (yalnız federal ƏDV), Tayvan və Zambiya kimi ölkələrdə ƏDV dərəcəsi 5% kimi aşağı göstəriciyə malik olduğu halda, Macarıstanda bu 27%-ə bərabərdir. ƏDV-nin dərəcəsi qaldırıldıqda biznesin «kölgəyə» çəkilməsi, endirildikdə isə büdcə daxilolmalarının azalması riski artır. Bu ümumdünya təmayülündə ən parlaq istisnanı isə ABŞ təşkil edir, burada indiyədək ƏDV tətbiq olunmur, əvəzində isə  ştatların əksəriyyətində satışdan vergi tutulur.

ƏDV-nin yüksək olduğu ölkələr ƏDV-nin aşağı olduğu ölkələr
1 Macarıstan 27% 1 Andorra 4.5%
2 Danimarka 25% 2 Kanada 5%
3 Xorvatiya 25% 3 Nigeriya 5%
4 İsveç 25% 4 Niue 5%
5 Norveç 25% 5 Tayvan 5%
6 Finlandiya 24% 6 Hindistan 5.5%
7 İslandiya 24% 7 Malayziya 6%
8 Yunanıstan 24% 8 Maldiv adaları 6%
9 İrlandiya 23% 9 Panama 7%
10 Polşa 23% 10 Sinqapur 7%

 

 

Print Friendly, PDF & Email