Kim e-kassa operatoru ola bilər?

posted in: Xəbər | 0
birbank biznes

İqtisadiyyatE-kassa operatoru e-kassanın təchizatını, satışını, uçotunu, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən, Vergilər Nazirliyində e-kassa operatoru qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir. Qanunvericiliklə nəzərdə tutulan bütün tələblərə cavab verən hüquqi şəxs e-kassa operatoru ola bilər. Bunun üçün o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada portal üzərindən ərizə ilə Vergilər Nazirliyinə müraciət edərək qeydiyyatdan keçməli və əldə etdiyi e-kassanın dövlət reyestrinə daxil edilməsini təmin etməlidir.

E-kassa operatorunun fəaliyyətini yerinə yetirmək niyyətində olan hüquqi şəxs üçün aşağıdakı əsas tələblər müəyyən edilmişdir:

– Bank hesabına malik olmalı;

– E-kassa istehsalçısı tərəfindən həmin e-kassaya servis texniki xidmət göstərmək bacarığını təsdiq edən sənəd verilmiş ən azı 1 nəfər əməkdaşı olmalı;

– E-kassaya servis-texniki xidmət göstərilməsi üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş ən azı 1 (bir) filial və ya məntəqəsi olmalı;

– E-kassaların əldə edilməsini təsdiq edən sənəd olmalı;

– Dövlət büdcəsinə vergilər, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalı.

Elektron kassa operatoru kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin yuxarıda qeyd edilən tələblərə uyğunluğu 2 gün müddətində yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq üçün elektron kassa modelinin bir nümunəsinin və sahələrarası ekspert komissiyası tərəfindən müəyyən edilən sənədlərin komissiyaya təqdim edilməsi barədə bildiriş göndərilir.

E-kassa operatorunun hüquq və vəzifələri

Elektron kassa operatorlarının aşağıdakı əsas hüquqları var: müvafiq meyarlara və sahələrarası ekspert komissiyasının müəyyən etdiyi texniki tələblərə cavab verən e-kassanın istehsalını, idxalını təşkil etmək və ya e-kassanı qanunla müəyyən olunmuş digər qaydada əldə etmək; qanunla müəyyən olunmuş qaydada əldə etdiyi e-kassa modellərini dövlət reyestrinə daxil edilməsini təmin etmək və onların sertifikatlaşdırılmasında və texniki sınağında iştirak etmək; qanunla müəyyən olunmuş qaydada əldə etdiyi elektron kassa istismarı haqqında məlumatları toplamaq, ümumiləşdirilmiş məlumatı komissiyaya təqdim etmək; qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Elektron kassa operatorlarının vəzifələri portalın “Elektron kassa operatorları” alt-menyusunda təqdim olunmuşdur.

Mənbə: e-kassa.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir