Kollektiv müqavilə və sazişin bağlanmasına, onlara dəyişiklik edilməsinə və icrasına müdaxilənin yolverilməzliyi

posted in: Xəbər | 0
birbank biznes

Kollektiv müqavilənin tərəfləri kimlərdir?

Kollektiv müqavilə və saziş müəssisə və təşkilatlarda əmək münasibətlərini tənzimləyən hüquqi aktlardır. Həmin sənədlərin hazırlanma, bağlanma, yerinə yetirilmə  prinsipləri haqqında ətraflı məlumatı buradan almaq olar.

Kollektiv müqavilə – işəgötürənlə, həmkarlar ittifaqı təşkilatı yaxud əmək kollektivi arasında bağlanan sənəddir. Onun tərəflərin razılığına əsaslanan məzmunu aşağıdakı məsələləri tənzimləyir:

  • əmək münasibətləri;
  • sosial-iqtisadi münasibətlər;
  • məişət münasibətləri;
  • digər münasibətlər.

ƏM-nin 29-cu maddəsi üzrə müqavilədə tərəflər tərəflər həmkarlar ittifaqı təşkilatıdir (HİT). HİT olmadığı halda, ikinci tərəf kimi əmək kollektivi çıxış edir. Müqavilələr yazılı formada, 1-3 il müddəTə bağlanılır. Sənədin işlənib hazırlanması, təsdiqi, tətbiqi prosedurunun düzgünlüyünə əməl edilməsi zəruridir. Müqavilədə müəyyən edilmiş şərtlər mövcud qanunvericiliklə müqayisədə işçilərin vəziyyətini pisləşdirməməli, onunla ziddiyyət təşkil etməməlidir. Əksinə, həmin şərtlər müəssisədaxili əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etməlidir.

Kollektiv sazişin məqsədi

Kollektiv saziş işəgötürənlər, HİT təşkilatı, müvafiq icra hakimiyyəti orqanı arasında bağlanan razılaşmadır. Həmin sənəd üzrə tərəflərin bir sıra  öhdəlikləri müəyyənləşdirilir:

  • əlverişli iş şəraiti;
  • əməyin mühafizəsi;
  • məşğulluğun təmini;
  • digər sosial müdafiə tədbirləri.

1-3 il müddətinə bağlanan sazişin də məzmunu tərəflər arasındakı razılığa əsasən müəyyən olunur. Onun kollektiv müqavilə ilə oxşar cəhəti odur ki, onların hər ikisi eyni məqsədə xidmət etməklə tərəflərin qarşılıqlı öhdəliklərinin, hüquqlarının tənzimlənməsində bir vasitəçi kimi çıxış edir. Bundan əlavə, hazırlıq dövründə həm sazişlər, həm də müqavilələr onların məzmunu ilə bağlı ilkin danışıqların aparılmasını tələb edir.

Fərqli cəhəti isə müqavilələrin əmək münasibətlərini yalnız müəssisə daxilində, sazişlər isə bu münasibətləri müəssisədən kənar, daha geniş şəkildə tənzimləyir.

Kollektiv müqavilə və sazişlər üzrə aparılan əməliyyatlara müdaxilənin yolverilməzliyi

AR ƏM-nin  II bölməsi  kollektiv müqavilə, saziş, onların  bağlanması, məzmunu, icrası, digər müddəaları əhatə edir. Müqavilənin tərəfləri öz tələb,  təkliflərini  irəli sürərək müqavilə şərtlərinin hazırlanmasında sərbəstdirlər və bərabər hüquqlara malikdirlər. Onların hüquqlarının məhdudlaşdırılmasına qanunvericilik yol vermir. Bəzən müqavilənin, sazişin bağlanması, icrası, dəyişikliklər və əlavələr olunması zamanı tərəflərin fəaliyyətinə kənardan təzyiqlər olur. ƏM-nin 23-cü maddəsinə əsasən  hakimiyyət orqanları, ictimai birliklər, digər işəgötürənlər tərəfindən onların işlərinə hər hansı bir müdaxilə yolverilməzdir.  Müəssisə, təşkilatlarda işçilərin adından müqavilənin bağlanması üçün danışıqlarin aparılması qadağandır. Belə halların qarşısını almaq üçün lazımi tədbirlər görülməli, qanunvericiliyə zidd hərəkətlərə imkan verilməməlidir.

Müqavilənin hazırlanması zaman aparılan danışıqlar tərəflərin nümayəndələrindən təşkil olunan  komissiya  tərəfindən icra olunmalı, bütün təklif, tələblər komissiya üzvləri ilə müzakirə edilməlidir. Komissiyanın tərkibi, onun fəaliyyət rejimi tərəflərin qərarına müvafiq təyin olunur. Hər iki sənədin həyata keçirilməsinə nəzarəti tərəflər, müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir. Bu zaman tələb olunan bütün zəruri məlumatların nəzarəti icra edən şəxslərə verilməsi təmin olunmalıdır. Müqaviləyə hər hansı əlavələr, dəyişikliklərin edilməsi tərəflər arasındakı  razılığa əsasən, qanunvericiliyə uyğun  həyata keçirilir. Həmin sənədlərin bağlanması məqsədilə danışıqlardan imtina edən, nəzərdə tutulan şərtləri yerinə yetirməyən şəxslər qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

Hüquqi məsuliyyətin növləri

Müqavilə şərtlərinin pozulmasına görə hüquqi məsuliyyətin 2 növü vardır:

  • intizam məsuliyyəti;
  • inzibati məsuliyyət.

Tərəflərin hər biri tələb olunan öhdəlikəri icra etməli, işcilərin əmək, sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etməlidir, əks halda mailliyə cəriməsi ilə üzləşmək mümkündür.

Məsələn, AR İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə görə əməyin mühafizəsi qaydalarının kollektiv müqaviləyə daxil edilməməsi 500 -1000 manat cərimə ilə nəticələnə bilər. 199-cu maddədə isə əməyin mühafizəsi üzrə kollektiv müqavilənin tələblərinin pozulması 700-1500 manat cərimə ilə yekunlaşa bilər.

Digər cərimə kollektiv müqavilədən yaxud sazişdən əsasız olaraq imtina halı üçün nəzərdə tutulub. Bu cərimənin məbləği 1500 manatdır (maddə 201). Müqavilə (saziş) bağlanarsa, amma onun şərtləri yerinə yetirilməzsə, işəgötürən 1000-1500 manat arası cərimə edilir (maddə 202).

Kollektiv müqavilənin/sazişin bağlanması və icrasına nəzarət zamanı müvafiq məlumatlar əqdim edilməzsə, 750 manat məbləğində cərimə tətbiq edilə  bilər.


Print Friendly, PDF & Email