Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydalarının tənzimlənməsi

posted in: Xəbər | 0
birbank biznes

İşçinin işlədiyi iş yerini, vəzifəsini saxlamaq şərtilə iş günləri ərzində müvəqqəti işdən uzaqlaşması məzuniyyət adlanır. İşçilərin məzuniyyət hüququ AR Əmək Məcəlləsi ilə tənzimlənir. Müxtəlif hallarda məzuniyyətin verilməsi qaydaları haqqında mühasibat.az-da  kifayət məlumatlar verilib. İndi isə kollektiv müqavilələr (sazişlər) əsasında məzuniyyətin verilməsi qaydaları mözvusuna nəzər yetirək.

Kollektiv müqavilələrlə (sazişlərlə) məzuniyyətlərin verilməsinin əlavə qaydaları

Kollektiv müqavilə və sazişlər işəgötürənlə HR təşkilatı arasında əmək münasibətlərini müəyyənləşdirən  sənəddir. Kollektiv müqavilə və sazişlərlə məzuniyyətlərin verilməsi qaydalarına qanunvericiliyə uyğun əlavələr edilə bilər. Bu zamanı işəgötürən öz vəsaiti hesabına işçilər üçün əlavə güzəşt və imtiyazlar müəyyən edə bilər.

ƏM-si 145-ci maddəyə əsasən həmin əlavə güzəştlərə aşağıdakılar aiddir:

  • ƏM-də nəzərdə tutulan məzuniyyət müddətlərindən az olmamaq şərtilə digər növ məzuniyyətin verilməsi;
  • məzuniyyət müddətinin  artırılması;
  • məzuniyyətə buraxılan işçilərə sosial məişət müavinətinin verilməsi;
  • sanatoriya kurort xərclərinin ödənməsi;
  • məzuniyyət dövründə əlavə maddi, məişət güzəştlərinin verilməsi;
  • tərəflərin razılaşdığı digər tədbirlər.

Kollektiv müqavilədə məzuniyyətin verilməsi qaydalarına əlavələr edərkən nəzərə almaq lazımdır ki, işçilərin qrup şəklində məzuniyyətə buraxılma səbəbləri qanunauyğun şəkildə iki hissəyə ayrılır:

  • işin normal fəaliyyətini pozan amillər, məsələn:
  • təbii fəlakətlər;
  • istehsalat qəzaları;
  • pandemiyalar, qarşısı alına bilməyən başqa hallar.
  • istehsalın, işin işəgötürənin təqsiri olmadan dayandırılması.

Yuxarıda göstərilən hallara 2020-ci ildə baş verən koronavirusun yayılması səbəbindən ölkəmizdə, eləcə də bütün dünyada elan olunan pandemiyanı misal göstərmək olar. Bu səbəblə işçilərin bir araya toplaşmasının qarşısının alınması məqsədilə işçiləri ƏM-də 146-cı maddəyə müvafiq olaraq  kütləvi əmək, yaxud ödənişsiz məzuniyyətlərə göndərildilər. Lakin müəssisələrdə işçilərin qrup halında məzuniyyətə buraxılması kollektiv müqavilələrdə bu qayda nəzərdə tutulduğu halda mümkündür.


Kadr uçotunu peşəkarlara etibar edin, cərimə və sanksiyalardan qorunun!


İşçilərə kollektiv halda həm ödənişli, həm də ödənişsiz məzuniyyətlər təyin edilə bilər.  Ödənişli məzuniyyətlər dedikdə işçinin əvvəlki və ya cari iş illərində istifadə olunmayan əmək məzuniyyətləri başa düşülür. Onun müddəti işçinin vəzifəsindən, fizioloji keyfiyyətlərindən, neçə iş ilinin məzuniyyətindən istifadə etməməsindən asılı olur. Ödənişsiz məzuniyyət  üçün təyin olunmuş müddət işçinin iki illik əsas məzuniyyətinin cəmindən az olmalıdır.

Nümunə 1: İşəgötürənin qərarı ilə istehsalat qəzası baş verdiyinə görə 4 işçiyə 2 ay müddətinə (60 günlük) ödənişsiz məzuniyyət təyin edilir. Fəhlə olaraq çalışan işçinin əsas məzuniyyət müddəti 21 gün, əlavə məzuniyyət müddətlərinin cəmi isə 10 gündür. Lakin, işçinin məzuniyyət müddətinin 31 gün olduğunu nəzərə almadan ona 60 günlük məzuniyyət verilməsi qanunauyğun deyil. Burada işçinin 2 aylıq əmək məzuniyyətlərinin cəmi 42 (21 x 2) gün olduğuna görə ona maksimum 42 gün ödənişsiz məzuniyyətin verilməsi təmin edilməlidir.

Başqa bir nümunəyə baxaq:

Nümunə 2: Kadrlar şöbəsində işləyən işçi 2-ci qrup əlildir. Ona 42 x 2 = 84 təqvim günündən çox olmayan müddətdə ödənişsiz məzuniyyət müəyyən edilə bilər.

Əgər istehsalın, iş fəaliyyətinin dayandırılması işəgötürənin səhvi üzündən baş verərsə, bu halda işçilərin kollektiv şəkildə  ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir (ƏM maddə 146). İşəgötürənin təqsirli olması əmək mübahisələrinə baxan orqan tərəfindən də təsdiqlənərsə,  ƏM-nin 169-cu maddəsinə uyğun olaraq  işçiyə təyin edilmiş vəzifə maaşının üçdə iki hissəsindən az olmamaq şərti ilə əməkhaqqının ödənməsi təmin edilməlidir.

İşçilərin hüquqlarını məhdudlaşdıran şərtlərin kollektiv müqavilə və sazişlərə daxil edilməsinə yol verilməməli, məzuniyyətin verilməsi qaydalarına edilən əlavələr əmək qanunvericiliyinə zidd olmamalıdır. Bu kimi şərtlərin tətbiqi nəticəsində işçiyə dəyən maddi və ya hər hansı bir digər ziyanın ödənilməsi  işəgötürən tərəfindən təmin edilməlidir.

Mühasibat uçotunun təməl prinsipləri

Print Friendly, PDF & Email