Kommunal xərclərə necə qənaət etmək olar?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

qənaətKommunal xərclərdə necə qənaət etmək olar

2-ci hissə / (1-ci hissə)

Tariflərdəki yüksəlişin qarşısını biz ala bilmərik, amma qəbzlərdəki məbləğləri azalda bilərik. Budur, hansı ki, kommunal xərclər zamanı az ödəniş etməkdə sizə kömək edən qərarlar.

Soyuducunu tədqiq edin

Soyuducunuzun qapılarındakı rezinlərə və buzxanadakı buza diqqət yetirin. Əgər sintetik aralıq kip bağlanmırsa, soyutma sistemi effektiv işləməyəcək. Ərzaqlar öz təravətini itirəcək və elektrik enerjisi boşuna sərf ediləcək.

Soyuducunuzu vaxtaşırı buzdan təmizləməyi də unutmayın. Bu həm də gigeyenik baxımdan çox vacibdir.

Ərzaqları buzxanadan erkən çıxarın

Birincisi, buzun təbii açılışı faydalıdır. İkincisi, axı, bir neçə saat öncədən ərzaq öz-özünə buzdan təmizlənirsə, bundan ötrü mikrodalğalı soba və ya duxovkanı işlətməyə nə lüzum var?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Elektrik peçini öncədən işə salın

Elektrik peçlərinin səthi bir qayda olaraq keramik materiallardan hazırlanır, hansı ki, istiliyi çox saxlayır. Belə ki, reseptin sonunda “5-10 dəqiqə ərzində vam odda qalmalıdır” sözü yazılıbsa, elektrik peçini cəsarətlə söndürə bilərsiniz.

Tez qızan materialdan olan qablardan istifadə edin.

Saxsı, şüşə və misdən olan qab-qacaq çuqun və poladdan olanlardan daha tez qızır. Bu fizikanın qanunudur. Qab nə qədər tez qızırsa, bir o qədər enerji az işlədir. Bu qənaət qanunudur.

Eləcə də bir-iki nəfər üçün düşbərə qızdırmaqdan ötrü üç litrlik qazana ehtiyac yoxdur. Böyük həcmli qazanlar daha gec qızır, deməli, həm də pullarınızı tez aparır.

Çaynikə indi lazım olan qədər su tökün

Elektrik çayniki çox enerji işlədir. Onu tam qaynatmaqdan ötrü beş dəqiqə vaxt lazım gəlir. Məgər, siz həmin qaynamış suyu dərhal sona kimi istifadə edirsiniz?

Bir fincanlıq su bir dəqiqə ərzində qızır. Deməli. siz belə etməklə onlarla vatt elektrik enerjisinə qənaət etmiş olursunuz. Bunu aya vurduqda isə 15-20 kVt/s edir. Bir də çayniki ərpdən təmizləyin. Belə də həm su tez qaynayır, həm də elektrik enerjisinə qənaət etmiş olursunuuz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email