Kompleks mühasibat xidmətinin 4 başlıca üstünlüyü

mühasibat xidmətiKompleks mühasibat xidmətinin üstünlükləri. Bu kimlərə faydalıdır?

Kompleks mühasibat xidmətləri təşkilatların maliyyə fəaliyyətini əhatə edən bütün xidmətlərin siyahısı kimi başa düşülür. Ekspertlər sənədlərlə qanunvericiliyə tam uyğun olaraq işləyirlər, ölkədə qanunlara daxil edilmiş bütün dəyişiklikləri nəzərə alırlar. Kompleks mühasibat xidmətləri maliyyə baxımından da sərfəlidir. Bir tərəfdən sizə tam ştatlı bir mühasib işə götürməyinizə və ona xeyli pul vəsaiti sərf etməyinizə ehtiyac yoxdur, digər tərəfdən – sizə bütün xidmət növləri göstərilir. Və siz keyfiyyətə zərər verə biləcək şeylərə qənaət etmirsiniz, əksinə şirkətin faydası üçün çalışırsınız.

Həmçinin oxuyun: Uğurlu mühasib olmaq üçün 4 sadə üsul
Tam mühasibat xidmətinin dörd başlıca üstünlüyü
  • Müəssisə rəhbərləri, özlərini qanunvericilikdə olan yenilikləri izləmək zərurətindən azad edirlər. Outsourcing şirkətinin nümayəndəsi dəyişiklikləri yaxından izləyir və sənədləri onlara müvafiq olaraq tam və dərhal korrektə edir.
  • Tam xidmətlər çeşidi. Hər hansı bir şeyi unutduğunuz üçün narahatlıq keçirməyə ehtiyac qalmır. Müştərinin natamam mühasibat xidməti seçdiyi zaman, sonra nələrinsə əlavə edilməsi ilə bağlı hallar ortaya çıxa bilər. Müqaviləyə daxil edilən hər bir maddə özlüyündə lüzumsuz kağız süründürməçiliyidir.
  • Pula qənaət. Tam mühasibat xidməti – elə, ştatlı mühasib kimi bir şeydir. Amma, siz bu zaman proqram təminatı, iş kabineti ilə bağlı pul vəsaitlərinə qənaət edirsiniz, eləcə də ixtisası artırmaq üçün kurslara, məzuniyyətə görə ödənişlərə də ehtiyac qalmır.
  • Həll olunası məsələlərin operativ yerinə yetirilməsi. Kompleks mühasibat xidməti yalnız peşəkarları təklif edir. Onlar vergi və digər səlahiyyətli orqanlarla sıx əməkdaşlıq edirlər.
Həmçinin oxuyun: Mühasibat “Outsourcing”inin müsbət və mənfi cəhətləri
Kim faydalanır?

Kimlər bundan faydalana bilər, indi sizi həmin siyahı ilə tanış edirik:

  • Yeni yaradılan müəssisə rəhbərləri, hansı ki, bu sahə üzrə ştatda mütəxəssis saxlamaq imkanı olmur;
  • Mühasibləri mühasibat yükünün öhdəsindən gələ bilməyən və kənardan yardıma ehtiyacı olan təşkilatların rəhbərləri. Bu zaman əlavə bir əməkdaşın da işə götürülməsi xeyli məsrəf tələb edir.
  • Mötəbər şirkətlərin rəhbərləri, hansı ki fəaliyyətləri biznes sahəsində bir istiqamət çərçivəsindən kənara çıxır.
  • Əcnəbi partnyorlarla fəal işləyən və iri sərmayəçilərlə əməkdaşlıqda maraqlı olan sahibkarlar.

Unutmayın, daimi əsasda kompleks mühasibat xidməti sifariş verdikdə, siz son məqsədlərinizə çatmaq şansınızı yüksəldirsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *