Koronavirus dünya iqtisadiyyatını 5 trilyon dollardan məhrum etdi

posted in: iqtisadiyyat, Xəbər | 0
birbank biznes

İqtisadçıBütün dünya üzrə ictimai şirkətlər, qlobal koronavirus epidemiyası təhlükəsi qarşısında bazarların düşməsi səbəbindən bir həftə ərzində 5 trilyon dollara qədər itirib. Bu haqda Reuters agentliyi məlumat verib. (dünya iqtisadiyyatı)

Bu həftə kotirovkaların düşməsi 2008-ci ildəki qlobal iqtisadi böhrandan bəri ən güclü çöküş oldu. Təxminən 50 ölkənin bazarlarında vəziyyəti izləyən MSCI ümumi maliyyə indeksi cümə günü 1 faizdən çox aşağı düşüb,  həftə ərzində isə sözügedən indeks təxminən 10 faiz azalıb.

Dünya bazarlarındakı çöküşdən sonra Rusiya fond bazarları da eyni aqibətlə üzləşib. Cümə günü Rusiyada indekslərin enişi davam edib. Fond birjalarında Rusiya rublu da dollar və avro qarşısında dəyərini itirib. Belə ki, 1 dollar 67 rubla, avro isə 74 rubla yüksəlib.

Fevralın 28-də London ICE birjasında keçirilən hərracda Brent neftinin may fyuçersinin qiyməti iki ildən çox zaman ərzində ilk dəfə bir barel üçün 50 dollardan aşağı düşüb. WTI üçün aprel fyuçersləri isə Nyu-York Ticarət Birjasında ticarət zamanı 45,81 dollara düşüb. WTI kotirovkalarının həftəlik düşüşü son 12 ildə ən güclü çöküş olub, bu haqda Bloomberg yazıb.

Daha əvvəl Avropa və Amerika bazarları Çin epidemiyasının bir neçə ay ərzində aradan qaldırılması mümkün olacağına ümidli olduqlarından, koronavirus səbəbindən enişdən yayına bilmişdilər. Lakin, son günlər Avropada, xüsusilə də İtaliyada xəstəliyin yayılması səbəbindən bazarda əhval-ruhiyyə kəskin şəkildə pisləşib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Koronavirus, dünya iqtisadiyyatı
Print Friendly, PDF & Email